Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan - investor ölkələrin ən güclülərindən biri...

Image


Bu gün Azərbaycan istər xarici investisiyaların axınında, istərsə də xaricə sərmayə qoyuluşunda artıq ön cərgələrdə yer alan ölkələr sırasındadır. Bu barədə danışmazdan öncə qeyd edək  ki, hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biri investisiyadır. 

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Ölkəmizdə siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsinə imkan verir. Bu, xüsusən İkinci Qarabağ müharibəsindən sonra özünü qabarıq büruzə verir. Eyni zamanda yaxın keçmişdə xarici investisiyadan asılı olan ölkəmizin indi özünün xarici dövlətlərdə müxtəlif layihələrə sərmayə yatırması faktıdır. İndi Azərbaycan artıq borc alan yox, borc verən ölkədir. Maliyyə imkanlarının genişlənməsi, valyuta ehtiyatlarının dəfələrlə artması Azərbaycana imkan verir ki, öz strateji maraqlarının təmin olunması şərti ilə tərəfdaş xarici ölkələrə irihəcmli investisiyalar yatırsın. Bu arada Mərkəzi Bank ilin ilk doqquz ayında Azərbaycanın investisiya göstəricilərini açıqlayıb. Bu müddətdə Azərbaycanın xarici ölkələrə yatırımları ayrıca diqqət çəkir. 2023-cü ilin ilk doqquz ayı ərzində Azərbaycan xarici ölkələrə 2 milyard 692 milyon dollar investisiya yatırıb. Müqayisə üçün qeyd edək ki, ötən il boyunca xarici ölkələrə toplam 1 milyard 152 milyon dollar investisiya yatırılmışdı. Beləliklə, bu ilin ilk doqquz ayında Azərbaycanın xarici ölkələrə yatırdığı investisiya məbləği ötən ilin 12 ayındakı məbləği iki dəfədən çox aşır. Bu, ölkədən Türkiyəyə yatırılan investisiya həcmindəki kəskin artımdan qaynaqlanır. Belə ki, bu ilin ilk doqquz ayında Azərbaycanın xarici ölkələrə yatırdığı vəsaitin 1 milyard 760 milyon dollar - 65.4 faizi məhz Türkiyə ilə bağlıdır. Ötən il boyunca Azərbaycandan Türkiyəyə 247 milyon dollar yatırılmışdı. Beləcə, 2023-cü ildə Azərbaycanın Türkiyəyə investisiya həcmində təxminən yeddi dəfə artım baş verib. Türkiyədən sonra ən çox investisiya yatırılan ölkə olan ABŞ-a yönəldilən vəsaitsə cəmi 259 milyon dollardır. Bu da Türkiyə ilə müqayisədə təxminən yeddi dəfə azdır. Onu da bildirək ki, Türkiyə təkcə 2023-cü ildə deyil, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri ən çox investisiya yatırılan ölkədir. Rəsmi rəqəmlərə görə, 1995-ci ildən bəri Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın vəsait yatırıb. Eyni zamanda, Türkiyə şirkətləri indiyədək Azərbaycanda toplam dəyəri 18 milyard dollarlıq 517 layihəyə qatılıb. Bu zaman kəsiyində, "Azadlıq" radisonunun məlumatına əsasən, Azərbaycanda 5 min 800 Türkiyə şirkəti fəaliyyət göstərib, Türkiyədə isə 2 min 800 Azərbaycan şirkəti iş görüb. İki ölkənin qarşılıqlı yatırım müqayisəsi göstərir ki, Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi Türkiyənin Azərbaycana yatırdığı investisiya həcmindən 60 faiz daha çoxdur. İndiyədək Türkiyənin Azərbaycana yatırdığı investisiya həcmi 12.5 milyard dollardır.

Azərbaycanın Türkiyədəki ən böyük yatırımı "Star" neft emalı zavodudur. İndi Türkiyədə emal olunan neft məhsulları istehsalının az qala 25 faizi məhz bu zavodun payına düşür. Müəssisədə ilboyu 5 milyon ton dizel yanacağı istehsal  edilir. Bu da Türkiyənin eyni növ məhsul idxalını 40 faiz, mayeləşdirilmiş qaz idxalını isə 70 faiz azaldıb. Türkiyədəki "Petkim" neft-kimya nəhəngi  Azərbaycanın xaricdə ən böyük layihəsi kimi qiymətləndirilir. Ölkəmizin "Petkim"ə qoyduğu sərmayələr və onun perspektivləri Egey bölgəsinə yeni bir həyat gətirib. Açıqlanan rəqəmlərdən aydın olur ki, indiyədək SOCAR-ın Türkiyəyə yatırdığı toplam vəsait 18 milyard dollardır. Azərbaycanın indiyədək Türkiyəyə yatırdığı investisiyaların böyük hissəsi SOCAR-ın payına düşür. Öz növbəsində, Türkiyənin Azərbaycandakı investisiya fəaliyyəti isə daha çeşidli sahələri əhatə edir. Azərbaycana yatırılan investisiya həcminə görə Böyük Britaniya birinci olsa da, sırf qeyri-neft sektoru üzrə Azərbaycana ən çox yatırım edən ölkə Türkiyədir. Hazırda rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır, bir sıra ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Xatırladaq ki, Azərbaycan 2021-ci ildən bəri işğaldan qurtulmuş ərazilərdə tikinti işlərinə başlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bugünlərdə açıqlayıb ki, indiyədək dövlət büdcəsindən Qarabağdakı tikinti işlərinə toplam 7 milyard dollar ayrılıb. Türkiyə şirkətləri ilə bağlanan müqavilələrin dəyəri 3.4 milyard dollardan çox olub. Bu, o deməkdir ki, indiyədək Qarabağa ayrılan vəsaitin təxminən yarısı dəyərində türk şirkətləri ilə müqavilələr imzalanıb.  Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər iki ölkə arasındakı ticarət dövriyyəsində də kəskin artım baş verdiyini göstərir. Bu ilin 11 ayı ərzində Azərbaycanla Türkiyənin toplam ticarət dövriyyəsi 7 milyard 197 milyon dollar olub. Bu göstərici ilə Türkiyə Azərbaycanın əsas neft və qaz məhsulları idxalçısı İtaliyadan sonra ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın toplam ticarət dövriyyəsinin 15.2 faizi məhz Türkiyə ilədir. 2023-cü ildə Azərbaycan Türkiyəyə 5.1 milyard dollarlıq ixrac gerçəkləşdirib və 2.1 milyardlıq idxal həyata keçirib. Türkiyə Azərbaycanın İtaliyadan sonra ən çox ixrac gerçəkləşdirdiyi ikinci, Rusiya və Çindən sonra da ən çox idxal həyata keçirdiyi üçüncü ölkə olub. Azərbaycanın Türkiyə ilə ticarətdən qazandığı 5.1 milyard dolların 14 faizi qeyri-neft məhsullarının, 86 faizi isə enerji məhsullarının payına düşür. Bu baxımdan, Türkiyə Azərbaycanın neft və qaz məhsullarının da əsas alıcısıdır. Azərbaycan qazı Türkiyəyə digər ölkələrlə müqayisədə daha sərfəli şərtlərlə satılır. Hər iki ölkənin rəsmiləri açıqlayıb ki, qarşıdakı bir neçə il ərzində Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi 15 milyard dollara çatdırılacaq. Bu, indiki ilə müqayisədə iki dəfə artım deməkdir və qarşıdakı illərdə hər iki ölkənin iqtisadiyyatları arasında əlaqənin bir qədər də yüksələcəyini göstərir. Azərbaycan türkiyə ilə yanaşı digər ölkələrlə iqtisadi, o cümlədən qarşılıqlı investisiya fəaliyyətini genişləndirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ