Cümə axşamı günü, 08 oktyabr 2026
     

Çin yuanı dolların dünya ağalığına son qoyur...

Image


Çinin milli valyutası olan yuan bu gün beynəlxalq ehtiyat valyutası kimi dünyada beşinci yerdədir. 2023-cü ildə bu pulun qlobal valyuta əməliyyatlarında payı 7% artıb. 

Hazırda  yuan dünyada ən sürətlə böyüyən valyutadır və Çin rəhbərliyi dolları dünyanın maliyyə sistemindəki dominant mövqeyindən sıxışdırmaq üçün əlindən gələni edir. Belə bir vaxtda Səudiyyə Ərəbistanının xarici ticarətdə yuanı seçməsi Çin üçün növbəti mühüm qələbə olub.

Qeyd edək ki, ötən ayın sonunda Pekin və Ər-Riyad 3 il müddətinə 50 milyard yuan (təxminən 7 milyard dollar) məbləğində valyuta mübadiləsi barədə razılığa gəliblər. Çinin Mərkəzi Bankı bildirib ki, saziş maliyyə əməkdaşlığı gücləndirməyə və yerli valyutaların istifadəsini genişləndirməyə kömək edəcək, Ər-Riyad və Pekin arasında investisiya və ticarəti təşviq edəcək. Valyuta svopunun məbləği nisbətən kiçik olsa da, razılaşmanın özü əhəmiyyətlidir: həm Çin, həm də Səudiyyə Ərəbistanı ABŞ dollarına əsaslanan Qərb maliyyə sistemindən asılılığını azaltmağa çalışır. Bundan əlavə, Səudiyyə Ərəbistanının ABŞ-ın Yaxın Şərqdə əsas tərəfdaşı olduğunu, Ər-Riyadın isə Qərb valyutasından asılılığın azaldılması zərurətini tam dərk etdiyini qeyd etmək vacibdir. Bu ilin aprel ayında Çin və Argentina 10,5 milyard dollar ekvivalentində valyuta mübadiləsi elan ediblər. İyun ayında isə svop xətti növbəti üç il üçün 18 milyard dollara qədər artırılıb. Bu svop çərçivəsində Argentina Çin idxalı üçün yuanla ödəniş edə bilib. Elə həmin ay Buenos Ayres Beynəlxalq Valyuta Fonduna olan 2,7 milyard dollarlıq borcunun bir hissəsini yuanla ödəyib. Argentina Mərkəzi Bankı argentinalıların artıq yuanla bank hesabları aça biləcəyini açıqlayıb. Uzun illər iqtisadi böhran yaşayan və dollarla valyuta ehtiyatları durmadan azalan Argentina üçün Çinlə valyuta müqaviləsi böyük əhəmiyyət kəsb edir. Çin üçün yuanın Argentina valyuta bazarına buraxılması özünü ağır iqtisadi sıxıntılar içində olan ölkələrə yardım etməyə hazır tərəf kimi elan etmək, eləcə də investisiya aləti kimi valyutanı gücləndirmək şansıdır. Rusiyanın da ticarət dövriyyəsinin dörddə biri artıq yuanla həyata keçirilir. Hələ ötən ilin oktyabrında yuan dolları ötərək Moskva birjasında ən çox satılan xarici valyuta olub. 2023-cü ilin birinci yarısının nəticələrinə əsasən, yuan Rusiyanın ticarət dövriyyəsinin dörddə birini təşkil edir. Özü də Çin ilə əməliyyatlar istisna olmaqla bu göstərici qeydə alınıb. Bu gün yuanın rubla nisbəti 1-dən 12,81-ə qədərdir və ölkə banklarında Çin valyutası ilə əməliyyatlar aparmaq, hesablar açmaq və depozitlər qoymaq mümkündür. Rusiya üçün Çin milli valyutasından istifadə Qərbin sanksiyalarının təzyiqinə baxmayaraq, beynəlxalq ticarətdə iştirakını davam etdirmək imkanıdır. Rusiya üçün bu fonda dedollarizasiya sürət qazanır, belə vəziyyət həm də yuanla ödənişlərə keçidlə bağlıdır. Pakistanda Rusiya ilə rubl və yuanla ticarətin aparılması imkanları nəzərdən keçirilir. Pakistan Ticarət Evi Assosiasiyasının prezidenti, Rusiya Ticarət və Sənaye Palatasının Rusiya-Pakistan İşgüzar Şurasının icraçı direktoru Zahid Əli Xan bu fonda qeyd edir: "Biz hələ ki, dollarla ticarət edirik, amma dollar da problemdir. Biz rublla alqı-satqı məsələsini nəzərdən keçiririk, lakin məsələ hələ ki, həll edilmək üzrədir. Və ya alqı-satqını yuanla da həyata keçirmək olar – Çin bizim çox gözəl dostumuz və qonşumuzdur".

Onu da qeyd edək ki, son zamanlar qlobal şirkətlər Çin kredit bazarında getdikcə aktivləşərək rekord həcmdə yuanla istiqraz buraxırlar. Alman avtomobil istehsalçıları BMW və "Volkswagen" Qrupu da daxil olmaqla korporasiyalar münasib faiz dərəcələri əsasında Çindən borc alırlar. Belə borclanmaya görə yuan avronu ötüb və dünyada ticarətin maliyyələşdirilməsində istifadə edilən ikinci valyuta olub. Çin üçün qlobal maliyyələşmədə yuanın həcminin artırılması öz valyutasının beynəlmiləlləşməsi üçün əsas prioritetlərdən biridir. Yəni yuan Çindən kənarda getdikcə daha çox istifadə olunur. Bu günə qədər 40-dan çox ölkə Çin ilə valyuta mübadiləsi sazişi bağlayıb və yuan qlobal ticarət hesablaşmalarının təxminən 6%-ni təşkil edir. Çin yuanı güclənir, lakin dolların mövqelərini itirdiyini söyləmək bəlkə də tezdir. Bununla belə, ən azı, onun dünyada dominant mövqeyinin uzunömürlülüyü indi sual altındadır. Qlobal geosiyasi dəyişikliklər fonunda getdikcə artan ölkələrin sayı İkinci Dünya Müharibəsinin sonundan bəri qlobal maliyyə sistemində hökmranlıq edən valyutadan, yəni dollardan asılılığını tədricən azaldır və möhkəmlənən yuana üstünlük verir.  Gələcəkdə Çin öz pulunu rezerv valyutaya çevirməyi hədəfləyib.  Burada onu da xatırladaq ki, bir müddət əvvəl BRICS qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) Yohannesburqda keçirilən sammitində əsas müzakirə mövzularından biri ABŞ dollarının qlobal dominantlığına son qoymaq olub.  Çoxqütblü dünya tələbi və Qərbin hegemonluğuna etiraz fonunda sammitdə dolların dominantlığına ən çox etiraz edən ölkələr Rusiya və Braziliya olub. Dolların hökmranlığından qlobal şəkildə uzaqlaşma çağırışları yeni deyil, lakin son geosiyasi dəyişikliklər və Qərblə Rusiya və Çin arasında artan gərginlik bu məsələni ön plana çıxarıb. 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Qərbin sanksiyaları Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını dondurub və əsas Rusiya banklarını beynəlxalq ödənişləri asanlaşdırmaq üçün istifadə etdiyi mesajlaşma şəbəkəsi olan SWIFT-dən çıxarıb.  Bu fonda dolardan uzaqlaşmaq istəyənlərin sayı artır. Təbii ki, Azərbaycan da dünya maliyyə sahəsində gedən bu prosesləri mütləq nəzərə almalıdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ