Cümə axşamı günü, 08 oktyabr 2026
     

Heyvandarlıqda ciddi problemlər yarandı: ət xeyli bahalaşacaq...

Image


Azərbaycanda, xüsusən də regionlarda heyvandarlıqla məşğul olanlar ot və yem məhsullarının qiymətində artım olmasından narazılıq edir. Bildirilir ki, bu gün yoncanın bağlaması 7 manatdan bahadır, halbuki, sentyabrda 5 manat idi.

Bundan başqa, fermerlər özləri yetərincə ot yığa bilmir. Çünki quraqlıq prosesə təsir göstərib. Əvvəllər hektara 300 bağlama çıxdığı halda, bu mövsüm 60 bağlama güclə olub. Bu da otun qiymətini qaldırıb.

O da qeyd edilir ki, ətin qiymətində son dövrlərdə qeydə alınan artım da fermerlərin durumunu düzəltmir. Bir tərəfdən də Rusiyadan, Gürcüstandan iri və xırdabuynuzlu heyvanlar gətirilir. Onlar yerli heyvanlara nisbətən daha ucuz olur. Bütün bunlar yerli sort heyvandarlığın inkişafında problem yaşanmasına səbəb olur. Dövlət Statistika Komitəsinin bu ilin oktyabrında yaydığı informasiyaya əsasən, ölkədə iribuynuzlu heyvanların sayı 2 milyon 533.1 min baş olub. Xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 223.2 min baş təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4.3, xırdabuynuzlu heyvanların sayında isə 8.9 faiz azalma var. Bu ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni ötən illə müqayisədə artım 74 faizdən artıqdır. Bu ilin yanvar - oktyabr aylarında Azərbaycan xaricdən mal əti idxalını da 93.3 faiz artırıb. Diri heyvan idxalında Azərbaycan üçün iki əsas bazardan biri Rusiyadır. Hazırda Rusiyada inflyasiya sürətlənib. İyulda qoyun ətinin istehsalçı qiymət indeksi iyunla müqayisədə 21.3 faiz artıb. Pərakəndə satışda isə qoyun əti cari ilin birinci yarısında 9.7 faiz bahalaşıb. Bu da onu deməyə əsas verir ki, Rusiyadan diri qoyun idxalı bahalaşacaq. Heyvanların sayının azalması və qiymətinin aşağı düşməsinə baxmayaraq, rayonlarda əhalinin əksər hissəsi ətin qiymətindən narazıdır. Bir çox bölgədə mal ətinin satış qiyməti 12-16, qoyun və quzu əti 15-19 manat arası dəyişir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Təhlillərə əsasən, bahalaşmaya ilk öncə ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalması səbəb olur. Azalmaya da ilkin səbəb yemin bahalaşması hesab olunur. Rayon bazarlarında fermerlər son 10 ildə yemin qiymətində növündən asılı olaraq iki-beş dəfə arası artım olduğunu söyləyir. Həm rəsmilər, həm də fermerlər ölkədə örüş və otlaq sahələrin azalmasını əkin sahələrinin genişlənməsi ilə bağlayırlar. Statistikalar onu deməyə əsas verir ki, son illər təyinatından asılı olmayaraq əkinə yararlı bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Otlaq sahələrinin azalması kəndlinin mal-qara saxlamasını çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir. Çəkisinin çoxalması üçün mal-qaraya verilən yemin tərkibinə daxil olan komponentlər də xaricdən idxal olunur. Kənd Təsərrüfatı Nazirliyindən "Azadlıq" radiosuna bildirilib ki, heyvan bazarları, eləcə də ət kəsimi məntəqələrində qiymətləri onlar özü təyin edir, bununla bağlı nazirlik mövqe verə bilməz: "Ümumiyyətlə, nazirlik qiymət müəyyənləşdirən tərəf deyil. Kənd təsərrüfatı məhsullarının istehsalını subsidiyalaşdıran qurumuq. İdxal və ixrac proseslərini də Kənd Təsərrüfatı Nazirliyi həyata keçirmir, digər qurumların işidir. Bazarda monitorinqi ancaq İqtisadiyyat Nazirliyinin qurumları apara bilər". Qurumdan o da bildirilib ki, ölkədə on mindən çox ət kəsimi məntəqəsi var.

Qeyd edək ki, heyvandarlıqla məşğul olanlara subsidiya verilmir, lakin süni mayalanma ilə doğulan hər buzova görə 100 manat yardım edilir. Dövlət kənd təsərrüfatına güzəştli kreditlər də ayırır, kəndli bundan yararlanmaq üçün təsərrüfatı ilə bağlı bilgiləri "Aqrar Kredit və İnkişaf" Agentliyinə təqdim etməlidir. Lakin fermerlər bu təklifdən heç də həmişə yararlana bilmirlər. Onlar prosesin həm uzun çəkməsindən gileylənir, həm də bunun sərfəli olmadığını deyirlər. Kənd təsərrüfatı üzrə ekspert Lalə Çinarlının sözlərinə görə, iri heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. O deyir ki, bugünkü şərait perspektivdə bu sahədə qiymətlərin daha da bahalaşması ilə özünü göstərəcək. Mütəxəssisin fikrincə, ət qıtlığı gözlənilməsə də, artıq həyəcan siqnalının zamanıdır. L.Çinarlı sözügedən radioya açıqlamasında istehsalçıların bazara çıxışını asanlaşdırmağı, intensiv yemləmənin təşkilini vacib sayır: "Yem və ot tədarükü artırılmalıdır. Məsələn, 3 milyon ton şirəli yemə ehtiyac var, amma cəmi 3 min ton istehsal olunur. Əvvəla, dövlət yem bazaları yaratmalıdır, şirəli yem və ot istehsalı artmalıdır ki, qiymət ensin. Rayonlarda ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılmalıdır. Məsələn, fermerlərin növbəli olaraq öz heyvanları iri ət kəsimi məntəqələrinə verməsi, qaldıqları rayon və qonşu rayonlardakı ət ehtiyacının xaricdən gələn heyvanlar yox, yerli məhsullarla qarşılanması üçün sistem qurulmalıdır. Yəni, zəncirə qoşmaq lazımdır". Onun digər təklifi 2020-ci ildən Azərbaycanın nəzarətinə qaytardığı Qarabağ regionunda yararlı torpaqların ailə fərdi təsərrüfatlarına verilməsidir. Elə Kənd Təsərrüfatı Nazirliyi, digər hökumət rəsmiləri də bu sahənin Qarabağda inkişaf etdiriləcəyini deyirlər. Fermerlər isə çörəkpuluna görə yurd-yuvalarını tərk etmək istəmirlər. Bütün bunlar heyvandarlıqla bağlı ciddi problemlərin yaranması deməkdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ