Cümə axşamı günü, 08 oktyabr 2026
     

Rusiyanın üzündən ölkəmizdə yumurta bahalaşa bilər...

Image


Məlum olduğu kimi, Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton və ya 612 min ədəd həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. Qeyd edək ki, AQTA ilə "Rosselxoznadzor" arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatı məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Rusiya Federasiyasında isə bir müddətdir yumurta qıtlığı yaşandığı bildirilir. Bu məhsulun qiymətlərində də ilin əvvəli ilə müqayisədə 46 faizə qədər artım olduğu vurğulanır. Rusiya ərzaq məhsulları istehsalçıları və təchizatçıları Assosiasiyasının ("Rusprodsoyuz") məlumatına görə, ölkədə dekabrın 11-dən 17-dək yumurtanın orta pərakəndə satış qiyməti 12.8 rubl (24 qəpik) təşkil edib. Bu, 2013-cü ildən başlayaraq son 10 ilin rekordu sayılır. Rusiya prezidenti Vladimir Putin də məsələni şərh edərkən bu vəziyyəti yumurtaya tələbatın artması, istehsalın isə təqribən əvvəlki səviyyədə qalması ilə izah edib. Kənd təsərrüfatı naziri Dmitri Patruşev isə bir neçə gün əvvəl Rusiyaya Azərbaycan və Türkiyədən yumurta idxal olunacağını bildirmişdi. Patruşev Rusiya hökumətinin dost ölkələrdən toyuq yumurtasına idxal gömrük rüsumlarının sıfırlanmasını da təsdiqləyib və hazırda yumurtanın idxal rüsumunun istehsalın maya dəyərinin 15 faizini təşkil etdiyini, güzəştin 2024-cü il yanvarın 1-dən iyunun 30-dək qüvvədə olacağını, bu müddət ərzində hökumətin hesablamalarına görə, ölkəyə rüsumsuz 1,2 milyard yumurta idxalının reallaşacağını diqqətə çatdırıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi yumurta idxalında rüsumların sıfırlanmasını operativ tədbir adlandırıb. Bu, ölkədə sözügedən məhsulla bağlı daxili bazarın tələbatını ödəmək və tezliklə qiymətin bahalaşma dinamikasını sabitləşdirmək məqsədi daşıdığını bildirib.  Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədri Vladimir Qutenev də   Türkiyə və Azərbaycandan idxal olunacaq yumurtanın qiymətinin  tənzimlənməsinin  əsas və yeganə tədbir olduğunu vurğulayıb.  Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin yaydığı məlumata görə, proses artıq başlayıb və yuxarıda qeyd edildiyi kimi Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta idxal edilib. Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 2 milyard 100 milyon 200 min ədəd yumurta istehsal olunub. Bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9.9 faiz artım deməkdir. İxraca gəlincə isə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətər, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrə yumurta ixrac edilir: "Yaxın Şərq ölkələri ilə birlikdə ümumi gündəlik ixrac imkanı 1.6 milyon ədəddir. Oktyabrın 1-dək olan statistik məlumata görə, Azərbaycan həmin ölkələrə 40 milyon ədəd yumurta ixrac edib".

Assosiasiyadan qeyd olunub ki, Azərbaycanda gündəlik yumurta tələbi 3.5 milyon ədədə yaxındir, gündəlik istehsal isə 5 milyon civarındadır: "Ona görə də hər hansı qıtlıqdan söhbət gedə bilməz. Rusiyaya da yumurtanın ixracı daxili bazara heç bir təsir göstərməyəcək". Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə "Azadlıq" radiosuna bildirib ki, Rusiya bu ilin 10 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox yumurta istehsal edib: "İş burasındadır ki, onlarda son zamanlar yumurtaya tələbat artıb. Rusiya adambaşına normadan çox yumurta istehlak edir. Norma ilboyu adambaşı 290 ədəd yumurta olduğu halda, onlar 350 yumurta istehlak edirlər. Bunun da əsas hissəsini Rusiya özü istehsal edir və az bir hissəsini Belarusdan idxal edirdi. İndi isə tələbat artdığına görə Azərbaycan və Türkiyədən idxala başlayıb". Ekspertin fikrincə, Azərbaycan Rusiyaya yumurta göndərirsə, bu, bahalaşmaya səbəb ola bilər. V.Məhərrəmovun sözlərinə görə, Rusiyada yumurtanın qiyməti qalxdığından Azərbaycandakı bəzi işbazlar fürsətdən istifadə edib daha çox pul qazanmaq istəyirlər: "Azərbaycanda artıq yumurta qiyməti yavaş-yavaş qalxır. Mən müşahidə apardım, artıq 2 qəpik artım var və bu, gedə-gedə arta bilər. Əgər hökumət yumurta ixracının qarşısını almasa, Azərbaycanda yumurta qiyməti artacaq". Bakıda broyler yumurtası son günlər 16-17, kənd yumurtası isə 35-40 qəpiyə satılır. Son həftələr kənd yumurtasının təqribən 30 faiz bahalaşdığı bildirilir. Onu da qeyd edək ki, son illərdə ölkəmizdə ərzaq təminatı ilə bağlı digər sahələr kimi, sənaye quşçuluğunun inkişafına da mühüm önəm verilib. Həmçinin  yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb. Amma Rusiya bazarı böyükdür və Azərbaycandan bura ixrac həcmi artarsa, bu, daxili qiymətlərdə özünü göstərəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ