Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycandan qaz alan Avropa ölkələrinin sayı artır - inerkonnektora görə...

Image


Azərbaycan qazını alan Avropa ölkələrinin sayının getdikcə artması və Qərbdə ölkəmizdən daha çox "mavi yanacaq" qəbul olunduğu müşahidə olunmaqdadır. Məsələn, Bolqarıstan 2023-cü ilin ilk 10 ayında ölkəmizdən təbii qaz alışını 3 dəfəyə yaxın artırıb. 

Belə ki, ilin yanvar-oktyabr ayları ərzində  982.8 milyon kubmetr həcmində təbii qaz ixrac edilib və bu, illik müqayisədə 168 faiz çoxdur. Azərbaycan Bolqarıstana satdığı təbii qaza görə bu ölkədən  363.3 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. Bununla Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı əldə edib. Artıq Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmiş Azərbaycan əsas qaz tədarükçüsü rolunda öz mövqeyini xeyli möhkəmləndirib. Bu fonda Azərbaycandan qaz alan Avropa ölkələrinin də sayı sürətlə artır. Bunu şərtləndirən səbəblərdən biri müvafiq infrastrukturun qurulmasıdır. Bir neçə gün əvvəl Serbiyanın Niş şəhərində Azərbaycan qazını daşıyacaq Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də bunun daha bir təsdiqidir. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi qismən Avropa Birliyinin ayırdığı 49.6 milyon avro məbləğində qrant, qismən də Avropa İnvestisiya Bankından Serbiyanın aldığı 25 milyon avro güzəştli kredit hesabına maliyyələşdirilib. Bu vəsaitlər qaz kəmərinin Serbiyadan keçən hissəsinin tikintisi üçün nəzərdə tutulub. Yeni qaz kəməri Serbiyanın Niş şəhərindəki mövcud şəbəkəni paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Layihə Serbiyanın illik toplam istehlakının 60 faizinə yetəcək 1,8 milyard kubmetr təbii qazı ötürməyə imkan verəcək. Ötən ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı olmuşdu. Onun ümumi uzunluğu 182 kilometrdir. Bu kəmər Bolqarıstanla Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. İnterkonnektorun toplam dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın gerçəkləşdirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib. Bu interkonnektorlar Azərbaycan qazının Bolqarıstandan digər Avropa ölkələrinə ixracına şərait yaratmaq məqsədi ilə inşa edilib və "Şahdəniz-2" yatağından çıxarılan təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə düşməsindən sonra Serbiya Azərbaycanın təbii qaz satdığı 9-cu ölkəyə çevriləcək. Bu ölkələrdən yeddisi Avropa ölkələridir. Xatırladaq ki,  ötən il Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilədək Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı - 20 milyard kubmetrə çatdırmalıdır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı bu məsələyə toxunan prezident İlham Əliyev qeyd edib:  "Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən, 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir".

O da məlumdur ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə Avropanın təbii qaz bazarında ciddi dəyişikliklər doğurub. Avropa ölkələrinin Rusiya qazından asılılığı azaltmaqla bağlı qərarı Azərbaycan kimi alternativ qaz qaynaqlarının istər iqtisadi, istərsə də geosiyasi önəmini artırıb. Azərbaycan qazının Şərqi Avropa ölkələrinə çatdırılmasını hədəfləyən interkonnektorların tikintisinin sürətlənməsi də bu dövrdən başlanıb. Avropa İttifaqı statistika qurumunun açıqladığı göstəricilərdən bəlli olur ki, bu ilin ilk altı ayında həmin birliyin boru kəmərləri ilə idxal etdiyi qazın cəmi 6 faizi Azərbaycanın payına düşüb. Hazırda Avropa ölkələri boru kəmərləri ilə ən çox Norveçdən (44.3 faiz), Birləşmiş Krallıqdan (17.8 faiz) və Əlcəzairdən qaz idxal edir (16.5 faiz). Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, bu ilin ilk on ayı ərzində təbii qaz ixracının Azərbaycanın toplam ixracındakı payı 42 faizə yüksəlib. Bir neçə il öncə bu göstərici 20 faizə yaxın idi. Təbii qazdan gəlir artdığından, son illər Azərbaycanın neft hasilatındakı azalma ölkə iqtisadiyyatında çox ciddi hiss edilməyib. Rəsmi rəqəmlərə görə, Azərbaycanın ən böyük neft yatağı olan "Azəri-Çıraq-Günəşl"i yatağından hasil edilən neftin həcmi 2015-ci ildən bəri 42 faiz azalıb. Belə bir şəraitdə təbii qaz gəlirlərində kəskin artım ölkə iqtisadiyyatında inkişafın qorunub saxlanılmasında mühüm rol oynayır. Bu arada "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2023-2024-cü illər üçün neft, həmçinin 2024-cü və 2026-cı illər üçün Avropada təbii qaz qiymətləri ilə bağlı proqnozunu yüksəldib. Agentliyin proqnozuna əsasən, baza ssenari üzrə bu ilin sonunda "Brent" markalı neftin 1 barreli 82 ABŞ dolları, 2024-cü ildə 80 ABŞ dolları, 2025-2026-cı illərdə isə müvafiq olaraq 70 və 65 ABŞ dolları olacaq. "Fitch"in proqnozuna görə, Avropada TTF üzrə təbii qazın qiyməti 2023-2024-cü illərdə 1000 kubfut üçün müvafiq olaraq 13 və 12 ABŞ dolları, 2025-2026-cı illərdə isə 10 və 8 ABŞ dolları təşkil edəcək. Bu isə o deməkdir ki, Azərbaycan neft və qaz satışından hələ böyük miqdarda gəlir əldə etməkdə davam edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ