Cümə axşamı günü, 08 oktyabr 2026
     

Dəmiryollarımızın tranzit gəlir potensialından pis istifadə olunur - səbəblər çox maraqlıdır...

Image


Qeyri-neft sektorunda Azərbaycanın xüsusi diqqət yetuirdiyi məsələlərdən biri də ölkə üzərindən daşınan yüklərin həcminin artımına nail olmaqdır. Bu, tranzit gəlirlərin artımı, qeyri-neft sektoru üzrə inkişaf dinamikasının sürətlənməsinə xidmət edir. 

Qeyd edilən fonda Bakı dəniz limanının, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyəti artırılır.

Yeri gəlmişkən qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin gələn il tam istismara verilməsi planlaşdırılır. Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Bakı-Tiflis-Qarsın Transxəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsi olduğunu, tammiqyaslı istismarının təmin edilməsi məqsədilə Azərbaycanla səmərəli əməkdaşlıq edildiyini vurğulayıb: "Biz Bakı-Tiflis-Qars yeni dəmir yolu xəttində bütün işlərin demək olar 90 faizini tamamlamışıq. Bizim Azərbaycanda nəqliyyat nazirliyindəki həmkarlarımızla son dərəcə yaxşı əməkdaşlığımız var. Ona görə də biz hazırda tikinti fəaliyyətlərinə tam fokuslanmağa qərar vermişik. Hazırda işlər çox yaxşı gedir. Layihənin çox tezliklə tamamlanacağına ümid edirəm. Hazırda bizim bütün aidiyyəti tərəflərlə tam koordinasiyamız var və mən düşünürəm ki, biz tikinti fəaliyyətlərinə, tikinti işlərinə fokuslandığımıza görə işləri gələn ilin əvvəlində tamamlayacağıq və bundan sonra Bakı-Tiflis-Qars tam funksional dəmir yolu xətti olacaq.  Bizim bu dəhlizlə pilot nəqllərimiz olub. Lakin biz hazırda infrastruktur fəaliyyətlərinə tam diqqət yetirmək, yolu tamamlamaq qərarı qəbul etmişik və bu yeni dəmir yolu xəttinin tam miqyaslı istismarına çalışırıq. Bu yol Transxəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Ona görə də güman edirəm ki, biz artıq gələn il Cənub-Şərqi Asiyadan vacib yükləri qəbul edə, Qərb ölkələrinə nəql edə, eləcə də əksinə hərəkəti təmin edə biləcəyik. Bu, çox yaxşı tərəqqidir". Xatırladaq ki, Bakı-Tiflis-Qarsla daşıma həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Bu işlər Azərbaycan investisiyası hesabına həyata keçirilir. Hazırda dəmir yolu ilə daşımaların həcminin artırılması Azərbayacn və Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Dünya Bankının Azərbaycan, Gürcüstan və Qazaxıstanla bağlı və onların ərazisindən yüklərin Orta Dəhlizlə tranzit həcmlərinə dair xüsusi hesabatı da təsdiq edir.Hesabata əsasən, region ölkələri bir sıra səbəblərdən dəhliz vasitəsilə yük daşımalarında müsbət dinamikasını cari ilin ötən dövrü ərzində qoruyub saxlaya bilməyib. Dünya Bankı Orta Dəhlizin səmərəliliyini təmin etmək üçün xüsusi sorğu əsasında müəyyən edilmiş 5 əsas problemi qeyd edir. Birinci problem idarəetmədə əlaqələndirmənin olmaması ilə bağlıdır. Qurumun qiymətləndirmələrinə görə, vahid və ilk növbədə, dəmir yolu operatorunun olmaması itkilərə və dəhlizin çox bahalı olmasına səbəb olur. Daha bir problem dəmir yolu əməliyyatları çərçivəsində yükləmə-boşaltma məntəqələrində gecikmələrlə bağlıdır ki, bu da xərclərin artmasına və yükdaşımalarda ləngimələrə səbəb olur. Digər problem isə ölkələrin informasiya sistemləri arasında inteqrasiyanın olmaması ilə bağlıdır. Bu, sənədlərin təkrarlanmasına, standartlaşdırılmış məlumat tələblərinin olmamasına gətirib çıxarır. Bank qeyd edir ki, 2022-ci ildə dəhlizlə yükdaşımalar orta hesabla 53 gün vaxt aparıb ki, bu da alternativ marşrutlarla müqayisədə 2 dəfə çoxdur.

Qurum onu da vurğulayır ki,  2030-cu ilə kimi Orta Dəhlizlə yükdaşımaların 11,385 milyon tona qədər artacağı proqnozlaşdırılır. Bu artım konteyner daşımalarının, neft və neft məhsullarının nəqlinin artması hesabına mümkün olacaq. 2021-ci ildə dəhlizlə 3,688 milyon ton yük daşınıb, artım isə 3,1 dəfə təşkil edib. Bankın proqnozlarına görə, 2030-cu ilə qədər dəhlizlə digər konteyner daşımalarının həcmi 4,074 milyon tona çatacaq ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur. 2030-cu ilə qədər neft və neft məhsullarının daşınma həcmi 3,553 milyon ton təşkil edəcək, bu isə 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur. Qurumun analitikləri dəhlizin səmərəliliyini artırmaq üçün bir sıra məsələlərin yerinə yetirilməsinin vacibliyini vurğulayırlar. Birincisi, dəhlizin inteqrasiya olunmuş ticarət yolu kimi təşviqi üçün institusional mexanizm qəbul edilməlidir. İkincisi, yeni logistika həllərinin, o cümlədən standartlar və tariflərin tətbiq edilməsi, əməliyyatların proqnozlaşdırılması mümkünlüyünün artırılması vacibdir. Üçüncüsü, prosedur və proseslər sadələşdirilməli, tranzit yüklərin emalı üçün sərhəd və gömrük orqanları, eləcə də ölkələrin dəmir yolları arasında koordinasiya yaxşılaşdırılmalıdır. Dördüncüsü, dəhlizin rəqəmsallaşma səviyyəsi artırılmalıdır. Beşincisi, dəhliz boyu infrastrukturun yaxşılaşdırılması davam etdirilməlidir. Bütün bunlar yükdaşımaların həcmiin artımı üçün həm Azərbaycan və Gürcüstana həm də Mərkəzi Asiya ölkələrinə lazımdır. Burada xatırladaq ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra əsas strateji inkişaf istiqamətlərindən biri də ölkənin tranzit statusunun gücləndirilməsi olub. Bu istiqamətdə davam etdirilən siyasət nəticəsində, Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xeyli vəsait sərf olunub. Amma region ölkələrinin nəqliyyat infrastrukturlarının uyğunlaşdırılması məsələlərində müəyyən problemlər qalmaqdadır. Digər tərəfdən, rüsum siyasəti beynəlxalq tələblərə uyğun deyil. Bu kimi problemlərin fonunda tranzit gəlirlərinin artmasına baxmayaraq, mövcud potensiala adekvat hesab edilə bilməz. Azərbaycanın və region ölkələrinin tranzit rəqabətliliyinin artırılması yolu ilə potensialdan tam istifadə edilməlidir. 

Ramil QULIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ