Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbayca-Rusiya ticarətində dollar və SWIFT arxa plana keçir…

Image


“Rusiyada maliyyə sektorunda vəziyyət sabitdir, rublun hazırkı məzənnəsi mövcud vəziyyətə uyğundur”. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkə iqtisadiyyatının sabitliyinin yaxşılaşdırılması üzrə hökumət komissiyasının iclasında deyib.

Nazir onu da bildirib ki, ölkədə maliyyə sferasında da vəziyyət qənaətbəxşdir və rubl xarici valyutalara qarşı möhkəmlənməkdə davam edir. Bunlar fonunda Rusiyanın əsas istəklərindən biri xarici ticarətdə rublla dövriyyəni artırmaqdır. Əslində, bu istiqamətə artıq Rusiyanın müəyyən nailiyyətləri də var. Xarici ticarətdə rublla əməliyyatlar artır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanal da ticarətdə Rusiya milli valyutalarla dövriyyəni əhəmiyyətli dərəcədə artıra bilib. Bunu Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar da xüsusi olaraq vurğulayır: “Moskva Qərbin hərəkətlərindən yaranan risqləri azaltmaq üçün qabaqlayıcı tədbirlər görüb. Azərbaycan da daxil olmaqla, digər ölkələrlə milli valyutalarda hesablaşmalara daha fəal keçid edib”. O qeyd edib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil, qeyri-standart vəziyyətlərə tez uyğunlaşır. Denis Qonçarın sözlərinə görə, Rusiya Federasiyası Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir. Bununla yanaşı, Rusiya Azərbaycanal münasibətdə SWIFT sistemi ilə bağlı problemlərə də son verməyə çalışır. Qeyd edək ki, Rusiyanın SWIFT sistemindən çıxarılması maliyyə köçürmələrində problemlər yaradıb. Rusiya şirkətləri ilə ticarət edən iş adamları müqavilələrə görə ödənişləri edə bilmirlər, bu da müvafiq olaraq tədarük zəncirlərinin qırılmasına və nəticədə qlobal inflyasiyanın sürətlənməsinə səbəb olur. Azərbaycanın Rusiya mallarını idxal edən işgüzar dairələri də çətin vəziyyətdə qalıblar. Bir çox irili-xırdalı sahibkar pul köçürmələrində yaranan çətinliklərlə əlaqədar Rusiyadakı şirkətlərlə bağlanmış müqavilələrə görə ödəniş edə bilmədiklərindən şikayətlənirlər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov xarici müqavilələrin ödənişində yaranan çətinlikləri şərh edərkən bildirib ki, problem müvəqqətidir və Azərbaycan banklarının Rusiya Bankının maliyyə vəsaitlərinin ötürülmə sisteminə qoşulması ilə ödənişlərlə bağlı risklərin minimuma endirilməsi asanlaşacaq. Rusiya Mərkəzi Bankı maliyyə məlumatlarının ötürülmə sistemi (MMÖS) ilə bu problemi çözməyə çalışır. O, beynəlxalq maliyyə sistemindən asılı olmayaraq SWIFT-in rus analoqudur. 2014-cü ilin sonunda MMÖS test rejimində işə salındı, 2015-ci ilin yayında isə Rusiya bankları ona fəal şəkildə qoşulmağa başladılar. Rusiyanın bütün bankları və demək olar ki, bütün iri maliyyə təşkilatları və şirkətləri, eləcə də 50-dən çox xarici şirkət MMÖS -ə qoşulub. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ərazisində MMÖS sisteminin tətbiqi ilə yanaşı, Türkiyə, Almaniya, İsveçrə, Fransa, Yaponiya, İsveç və Kubanın bəzi bankları artıq ona inteqrasiya olunub. Azərbaycanda Rusiyanın VTB bankının törəmə şirkəti olan “VTB Azərbaycan” ilk dəfə olaraq MMÖS -ə qoşulub. Yerli bankın müştəriləri Rusiya ilə rublla vəsait köçürmək və almaq, alınan rublu Azərbaycan manatına çevirmək, həmçinin ölkə daxilində manatla əməliyyatlar aparmaq üçün adi əməliyyatlar apara bilərlər. Azərbaycanın Rusiyanın ödəniş sisteminə inteqrasiyası imkanlarını şərh edən Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov bildirib ki, Azərbaycanın Rusiya Mərkəzi Bankının ödəniş sisteminə inteqrasiyası iki ölkənin iqtisadi qurumları arasında əməkdaşlığa və iqtisadi artıma təkan verə bilər. Digər tərəfdən, bu, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin sabitliyinin qorunmasıdır: "Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kontekstində və Rusiya Federasiyasının Azərbaycanın xarici iqtisadi siyasətində mühüm və əhəmiyyətli rolunu nəzərə alaraq, sadəcə olaraq, ödənişlərin həyata keçirilməsi baxımından sabit münasibətlərin qurulması zəruridir". Onun sözlərinə görə, bu, həm qarşılıqlı ticarətə, həm də birbaşa maliyyə seqmentinə, o cümlədən Azərbaycan-Rusiya münasibətləri üçün son dərəcə vacib olan pul köçürmələrinə aiddir: "Unutmaq lazım deyil ki, müxtəlif mənbələrə görə, Rusiya Federasiyasında üç milyona qədər soydaşımız yaşayır. Pul köçürmələri üçün sabit formatların saxlanılması çox vacibdir". Onu da xatırladaq ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmalıdırlar. Artıq bu istiqamətdə iş gedir. Ölkələrimiz arasında ikitərəfli ticarəti həyata keçirən bankların üzərinə isə məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün yeni kanallar tapmaq tapşırılıb. Bütün bunlar fonunda Azərbaycanın Rusiya ilə ticarətində dollar artıq arxa plana keçir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ