İran Ukrayna böhranı ilə əlaqədar ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub. Bunu İranın kənd təsərrüfatı naziri Cavad Sadatinjad deyib. Qadağa, ilk növbədə, bir sıra mallara qlobal tələbatın artması, qonşu ölkələrdə idxal tariflərinin aşağı salınması və qiymətlərin və daxili bazarın tələbatının tənzimlənməsi zərurəti ilə bağlıdır.
Beləliklə, ölkədən pomidor, kartof, badımcan, soğan ixrac etmək mümkün olmayacaq. Məhdudiyyətlər növbəti bildirişə qədər qüvvədə qalacaq.
Iranın ixracla bağlı məlum qadağası ölkəmizdə ərzaq məhsullarının qiymətinə necə təsir edəcək?
“İranın məhsul ixracını qeyri-müəyyən vaxta qədər dayandırması ölkəmizdə ciddi narahatlığa səbəb olacaq”
Iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adıçəkilən məhsullar içərisində ən çox kartof ixracının məhdudlaşdırılması ölkəmiz üçün narahatedici vəziyyətdir: “Məlumat üçün bildirim ki, Azərbaycan qeyd olunan məhsul üzrə xalis idxalçıdır. Bu məhsul üzrə idxal ixracı üstələyir. 2021-ci ildə xaricə 92 – 93 milyon kartof ixrac edilib, ancaq 183 milyon ton adıçəkilən məhsul idxal olunub. İdxal olunan kartofun təqribən 165 milyon tonu İranın payına düşür. İdxal olunan kartofun 90 faizi İranın payına düşürdü. İran kartofu həm keyfiyyət, həm də qiymətinə görə əlverişli idi. İranın məhsul ixracını qeyri-müəyyən vaxta qədər dayandırması ölkəmizdə ciddi narahatçılığa səbəb olacaq. Bu hal ölkmizdə qiymət artımına səbəb olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan soğanla bağlı əsas ixracatçı sayılır: “2020-ci ildə 13,5 min ton soğan idxal olunub, əvəzində isə 17 min ton qeyd olunan məhsul ixrac olunub. Biz soğan sarıdan elə də asılı deyilik. O cümlədən, pomidor da Azərbaycan ixracatçı dövlətdir. Bu sahədə elə çətinlik olmayacaq. Ancaq idxal edilən məhsulların məhdudlaşdırılması qiymətiniməcburiyyəti qarşısında qoyub ki, artıran amildir. Məhsulların idxal edilməsi bazarda qiymətləri stabilləşdirirdi”.
Günel CƏLİLOVA