Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Naxçıvanın turizm potensialı: imkanlar və perspektivlər - FOTO

Image


Naxçıvan deyəndə öncə ağıla təmiz bir şəhər gəlir. Abad küçələr, hamar yollar, gül-çiçəkli bağlar, parklar və s. Bu, artıq illərdir ki, Naxçıvana gələn istər turist, istərsə də media nümayəndələrinin etiraf etdiyi reallıqdır. Bir şəhərin, bölgənin tanıdılmasında təmizlik və yaşıllığı mühüm rol oynayır.

Ələlxüsus da turizmdə hər şey kiçik detaldan başlayır. Əslində kiçik detal dediyimiz də insan sağlamlığı və zövqü üçün önəmlidir, o da hələ ola pandemiyanın bitmədiyi bir zamanda.

Naxçıvan media-tur iştirakçılarının gözü ilə 

Azərbaycan Dövlət Turizm Agentliyi Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə hazırladığı turizmin inkişafı istiqamətində 2020-2023-cü illəri əhatə edən proqram çərçivəsində agentliyin, turizm bürosunun əməkdaşları və media nümayəndələrinin iştirakı ilə muxtar respublikamıza 21-22 oktyabr tarixlərində media-tur təşkil edildi. Media-tur  iştirakçılarının da ilk vurğuladığı bu şəhərin təmizliyi haqqında yüksək fikirlər oldu.  Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin hələ ilk gündən aldığı təəssüratda bu fikirlər daha aydın özünü büruzə verir: "Naxçıvan turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Burada yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, qısa bir zamanda burada olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Baxmayaraq ki, mən çox ölkələrə səyahət etmişəm. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyacımız olan təmiz havası oldu."

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müsahibsində bildirib ki, Naxçıvanın böyük turizm potensialı var. Burada müxtəlif istiqamətlər var. Bu gün Dövlət Turizm Agentliyi təkcə turizm potensialını deyil, həmçinin mədəni irsi də araşdırır. Naxçıvanda YUNESKO-nun ilkin siyahısına düşəcək abidələr var. Mən istəyərdim ki, bununla bağlı da bizim əməkdaşlar fəaliyyət göstərsinlər və gələcəkdə həmin siyahıya salınması üçün Möminə xatın türbəsi və Ordubad qoruğu haqqında araşdırmalar aparılsın.

Tarixi-mədəni turizm Naxçıvanda əsas turizm növlərindəndir. Azərbaycanın bu kiçik parçası özündə tarixin olduqca əhəmiyyətli izlərini-maddi-mədəni irsi qoruyub saxlamaqdadır. 1200-dən çox olan abidələrdən 57-si dünya, 495-i ölkə, 665-i isə yerli əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən 3-ü Sədərək, 16-sı Şərur, 9-u Kəngərli, 5-i Babək, 6-sı Şahbuz, 7-si Culfa, 4-ü Ordubad rayonlarının, 7-si isə Naxçıvan şəhərinin payına düşür. Onlardan 49-u arxeoloji, 1-i monumental, 7-si  memarlıq abidəsidir. Dünya tarixinin bir parçası olan  abidələr beynəlxalq ekspedisiyaları da bu qədim diyara cəlb edir.

Hər bir tamaşaçısını heyrətləndirən Möminə Xatın

Dünya memarlıq incilərindən olan Mömünə Xatun türbəsinin YUNESKO-nun dünya mədəni irs siyahısına salınması təşəbbüsü heç də təsadüfi deyil. Əcəmi Naxçıvaninin şah əsəri olan və dünya memarlığının nadir incilərindən sayılan Mömünə Xatun Şərqdə qadına hörmət və ehtiram əlaməti olaraq ucaldılmış ilk möhtəşəm abidədir. Digər tərəfdən abidə öz memarlıq quruluşu və 9 əsrdir ki zamana meydan oxuyaraq günümüzə qədər gəlib çatması ilə tamaşaçılarını heyran edir. Tarixdən də məlumdur ki, Naxçıvan şəhəri Atabəylər dövlətinin paytaxtı olmuş XII əsrin 70-ci illərindən mərkəzi şəhər kimi fəaliyyət göstərmişdir. 1175-ci ildə Atabəylər dövlətinə başçılıq edən Şəmsəddin Eldənizin arvadı və Səlcuqlu tarixinin ən məşhur xatınlarından olan Möminə Xatın Naxçıvanda vəfat edir. Azərbaycan Atabəyləri dövlətinin siyasi  həyatında mühüm rol oynayan bu ağıllı qadın Naxçıvanda torpağa tapşırılır. Atabəy Eldəniz onun qəbri üzərində məqbərə tikdirməyə başlayır. Məqbərənin tikintisi Atabəy Cahan Pəhləvanın vaxtında başa çatdırılır. Möminə Xatın türbəsi orta əsr Azərbaycan memarlığının şah əsəridir. Məşhur sənətşünas, akademik M.V.Alpatov Möminə xatın türbəsi haqqında yazır: “Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyasının belə klassik kamilliyinə və mükəmməl işlənməsinə bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan türbəsindən klassik şərq ədəbiyyatının ən yaxşı əsərləəri Firdovsinin “Şahnamə” və yaxud Nizaminin “Leyli və Məcnun” poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir”. Məncə, akademikin bu dəyərli fikirlərindən sonra əlavə şərhə ehtiyac qalmır.

Bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən olan Naxçıvan həm də Nuh peyğəmbərin yurdudur. Bu qədim diyara ayaq basan hər kəsi hər şeydən əvvəl tarixilik valeh edir. Necə deyərlər, hər daşında tarix yatır.

Səyyahların qənirsiz gözəli…

Bol suyu, öz dadlı-tamlı meyvələri ilə tarixən bağlar diyarı adlanan Ordubad həm də min illərdir öz sinəsində tarixi hifz edib. Xüsusilə orta əsrlərdə və Naxçıvan xanlığı dövründə sənətkarlığın geniş yayıldığı Ordubad tarixi bir əsər kimi oxunmağa, qorunmağa və sevilməyə layiq bir şəhərdir. 1977-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Ordubad qoruq şəhərə çevrilib.

Tarixi mənbələrdə Ordubadın abad bir şəhər olduğu qeyd edilir: "Ordubad şəhəri çeşidli görkəmə malikdir. İrəvan və Naxçıvandan daha ürəkaçandır. Burada xarabalıqlar demək olar ki, yoxdur, bütün Asiya şəhərlərində olduğu kimi, küçələr əyri-üyrü olsalar da, içərilərində yaşıl bağlar görünən gil hasarlar və tikililər hesabına fasiləsiz uzanırlar".
Hər addımında tarix qoxan, vaxtilə geniş şəkildə yayılmış sənətkarlıqdan xəbər verən Ordubadın altı da, üstü də bir sərvətdir. Bu sərvətə nələr daxil deyil? Qədim küçələr, özünəməxsus arxitekturası ilə diqqət çəkən yaşayış evləri, şəbəkə sənətinin geniş tətbiq olunduğu məscidlər, yayın cırhacırında ürəyə sərinlik gətirən kəhrizlər və nəhayətdə qocaman çinarlar. XX əsrin əvvəllərində bu gözəl yurdu ziyarət etmiş Nefodov adlı bir səyyah yazıb: "Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir".

Qənirsiz gözəli görməyənlər məncə çox şey itirir. Başdan-başa tarixdir Ordubad.

“Hər dəfə bura gələndə Naxçıvanın yenilik təqdim etməsi, insanı yaxşı mənada təəccübləndirməsi çox xoş təsir bağışlayır. Və xüsusilə turizm nümayiş obyektlərinə olan diqqəti vurğulamaq istəyirəm. Naxçıvanda abidələrin tarixiliyi qorunmaqla bərpası davam etdirilir. Burada maddi-mədəni irsimiz xüsusi həssaslıqla mühafizə olunur. Digər tərəfdən sual versələr ki, ərazinizdə neçə ədəd yaşı mini ötən abidə var, bu siyahıda Naxçıvan liderdir”,- deyə görülən işləri Azərbaycan Turizm Bürosunun meneceri Səkinə Əsgərova yüksək qiymətləndirir.

Media-tur iştirakçılarını “fəth edən” Əlincə...

Qonaqlar tur çərçivəsində muxtar respublikanın tarixi-mədəni, gəzməli-görməli yerlərində olublar. O cümlədən, Əlincə qalanı ziyarət ediblər. Yenilməzlik, mübarizlik simvolu olan Əlincə media-tur iştirakçılarının qəlbini fəth edib. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid  Naxçıvanda Əlincə qalası kimi bir turizm məkanının olmasını burada tarixən turizm potensialının zəngin olması ilə əlaqələndirib: “Qala çox möhtəşəm görünüşə sahibdir. Biz orda zirvədə uçan qartallar, xüsusi rəngdə olan  daşlar, müxtəlif formalı qayalar və digər maraqlı  mənzərələri gördük”.

Azərbaycan televiziyasının müxbiri Leyla Abbasova Əlincə qalanın möhtəşəm görüntülərini lentə alıb tamaşaçılarla və sosial şəbəkə isitfadəçiləri ilə bölüşəcəyini bildirib: “Hər dəfə Naxçıvana gələndə bura bizi təəccübləndirməyə bilmir. Naxçıvanın bir sıra gəzməli, görməli yerlərində olmuşduq. Amma Əlincəyə ilk dəfədir gəlirəm. Qürurvericidir. Hər dəfə Naxçıvan bizi qədimliyi, tarixiliyi, tarixi abidələrinin çoxluğu ilə heyrətləndirir.

Real tv-nin müxbiri Vüsal Süleymanov ARB televiziyasının müxbiri Nuranə İbrahimova ilə həmfikirdir: “Tur çərçivəsində ən çox diqqətimizi çəkən Əlincə qalası oldu. 1747 pilləni qalxmaq, Əlincəni fəth eləmək həqiqətən başqa hissdir. Fəth etdikdən sonra o mənzərəni görəndə yorğunluğunu unudursan, düşünürsən ki, dəyərdi”.

“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov “Naxçıvanın əyilməzlik simvolu” adlı reportajında dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Əlincə qalanın tarixindən və bərpasından söhbət açır. 1200-dən çox dünya, ölkə və  yerli əhəmiyyətli tarixi abidəyə sahib Naxçıvanda ən böyük təəssüratı Əlincə qaladan aldığını bildirir: “İlk növbədə qeyd olunmalıdır ki, Naxçıvandakı abidələrin içərisində qalaların özünəməxsus yeri var. Muxtar respublika qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun başlıca səbəbi Naxçıvanın əlverişli coğrafi mövqeyinin, zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Mübariz xalqın daş yaddaşı sayılan Əlincəqala da yadellilərə qarşı uzun illər sinə gərən, onlara qarşı mübarizə aparan xalqın sığınacaq, müdafiə məkanı olub”.

İlin bütün fəsillərində turistləri qarşılamağa hazır olan Naxçıvan

İki günlük mediatur çərçivəsində Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksi, Əlincəqala, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin türbəsi, “Badamlı Mineral Sular” MMC, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, “Duzdağ” oteli və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olan media-tur iştirakçıları Naxçıvandan xoş təəssüratla ayrılıblar. Media nümayəndələri tur çərçivəsində hazırladıqları materialları çoxsaylı tamaşaçı və oxucuları ilə paylaşıb, həmçinin sosial şəbəkə hesablarında Naxçıvanın turizm imkanlarından bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada turizm sektorunun müstəqillik illərindən formalaşmağa başladını nəzərə alsaq bu, heç də uzaq tarix deyil. Lakin qısa zaman kəsiyində iqtisadiyyatın mühüm qollarından olan turizmin muxtar respublikada sürətli inkişafı göz qabağındadır. Təbii ki bu inkişafı şərtləndirən amillər sırasında aparılan genişmiqyaslı quruculuq tədbirləri, yol infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, mövcud imkanlar da başlıca rol oynadı: Zəngin təbiəti, füsunkar mənzərəli kəndləri, tarixin dərin qatlarını özündə yaşadan abidələri, dini və sağlamlıq ocaqları, eləcə də bənzəri olmayan mətbəx mədəniyyəti. Perspektivdə isə Naxçıvan turistləri daha çox cəlb edəcək imkanlar sərgiləyəcək. Darıdağ Arsenli Su Müalicəxanası müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Tikintisi davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi, həmçinin ərazidə “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır.  Artıq Pəzməri turistik bölgəyə çevrilir. Pəzməri kəndi Ordubadın ən səfalı, dilbər guşələrindəndir. Hazırda Ordubadın turizm baxımından cəlbedici qollarından sayılan Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur.   Anaqutda tikintisi davam edən “Xan Çinar” istirahət mərkəzi isə turistlərin istirahətlərini daha xoş və mənalı keçirmək baxımından əhəmiyyətli olacaq. Bu yolla səyahətlərinə davam edən turistlər məşhur Pəzməri şəlaləsi ilə də tanış olma imkanı əldə edəcəklər. Zəngəzur dəhlizinin açılması isə Naxçıvanın turizm sektoruna öz mühüm töhfəsini vermiş olacaqdır.

Naxçıvanda gəziləsi, görüləsi yerlər, tarixi məkanlar çoxdur. Qarşıdan qış fəsli gəlir. Naxçıvan bu fəsildə də turistlərini qarşılamağa hazırdır. İnsana mənəvi dinclik, rahatlıq, əyləncə və adrenalin bəxş edən Ağbulaqda istirahətinizi dəyərləndirə bilərsiniz.  Naxçıvan şəhərindən cəmi 44 km məsafədə yerləşən, büdcənizə və zövqünüzə uyğun çeşidli xidmətlərilə Ağbulaq Xizək Mərkəzi sizin yolunuzu gözləyir.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ