İlin sonunadək Azərbaycandan Avropaya nəql olunacaq qazın həcmi açıqlandı

img

2021-ci ilin sonunadək Trans-Adriatik qaz kəməri (TAP) ilə yeddi milyard kubmetrədək qazın nəql olunması gözlənilir.

Trend-in məlumatına görə, bunu İtaliya KİV-lərinə TAP icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, bu ilin yanvar-oktyabr aylarında TAP vasitəsilə İtaliyaya 4,6 milyard kubmetr qaz tədarük edilib.

Daha bir milyard qaz Türkiyə-Yunanıstan sərhədini keçib və tezliklə İtaliyaya nəql olunacaq.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TAP kəməri ilə Avropaya təbii qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb.

Son xəbərlər