İşğaldan azad olunan ərazilərimizdə 167 qiymətli metal yatağı var...

img

İşğaldan azad olunan ərazilərimizdə 167 qiymətli metal yatağı var. Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” və “BakuBuild” sərgilərinin rəsmi açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu yataqların böyük hissəsi 30 il boyunca istismar olunub:

"Dəymiş zərər milyard dollarlarla ölçülür. Ətraf mühitə də ciddi zərər vurulub. Biomüxtəlifliyə dəymiş zərərin dəyərləndirilməsi istiqamətində monitorinqlər davam edir.

Bundan başqa ən böyük zərər su ehtiyatlarımıza vurulub. Bildiyiniz kimi, Azərbaycan azsulu ölkələrdəndir. Su ehtiyatımızın böyük bir hissəsi də bu ərazidədir.

Layihələr çərçivəsində əhalinin şirin su və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi istiqamətində mövcud su anbarlarının təmiri və yenilərinin tikilməsi planlar arasındadır".

Son xəbərlər