Postpandemiya və postmüharibə dövrü üçün Azərbaycanın yeni uğuru - xarici ticarət 25 faiz artdı…

Kamran Məmmədli: “Azərbaycanın ixrac və idxal əməliyyatlarında müsbət saldo qeydə alınıb”

img

Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin ilk 9 ayında xarici ticarətin 14,63 milyard dolları ixracın, 8,344 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3% çox, idxal isə 6,7% artıb. Qeyd edək ki, bu il yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 22 974,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% çoxdur.

Bu ilin ilk 9 ayında xarici ticarətin 14,63 milyard dolları ixracın, 8,344 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3% çox, idxal isə 6,7% artıb.

Son nəticədə xarici ticarətdə 6,285 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.

  • “Ölkə iqtisadiyyatında müsbət meyllər maydan etibarən özünü göstərməyə başladı”

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun 2 dəfədən çox artması barədə fikir bildirən iqtisadçı Kamran Məmmədli qeyd ki, ölkənin xarici ticarət dövriyyəsi artıb: “Azərbaycanın ixrac və idxal əməliyyatlarında müsbət saldo qeydə alınıb. Qeyd etdiyim prosedurlarda müsbət saldonun yaranması manatın möhkəmliyinin qoruyub saxlamasına təsir edib”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Türkiyə Azərbaycan xarici ticarət dövriyyəsində İtaliyadan sonra ikinci yerdədir: “Qeyd etdiyim Avropa ölkəsinə əsasən enerji məhsulları ixrac edirik. Ümumi ticarət dövriyyəsinin əsas hissəsi Türkiyənin payına düşür. Məlumat üçün bildirim ki, qardaş ölkələr qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 milyard dollara çatdırmağı hədəfləyir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir: “Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bununla yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir.

Onu da əlavə edim ki, ölkə iqtisadiyyatında müsbət meyllər maydan etibarən özünü göstərməyə başladı. Bunu həm pandemiya şəraitindən sovuşmaq şərtləndirdi, həm neftin dünya bazar qiymətləri, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də iqtisadi aktivlikdə bərpa işartıları. Bunların sırasında neftin dünya bazar qiymətləri ön sıradadır”.

Günel CƏLİLOVA

Son xəbərlər