"LUKOİL" şirkəti Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz layihəsində “Petronas” şirkətindən 15,5% iştirak payının alınması haqqında müqavilə imzalayıb. Bu barədə Rusiyanın neft şirkətindən məlumat verilir.
Sövdələşmənin dəyəri $2,25 milyard təşkil edəcək, müqavilənin SOCAR-ın razılığı da daxil olmaqla şərtləri yerinə yetirildikdən sonra bağlanacağı gözlənilir.
Sövdələşmə bitdikdən sonra "LUKOİL"un "Şahdəniz" layihəsindəki payı 10%-dən 25,5%-dək artacaq. “Şahdəniz” layihəsinin digər iştirakçıları: operatorBP (28,8%), TPAO (19%), SOCAR (10%), NICO (10%) və SGC (6,7%) şirkətləridir.
On il yarım ərzində layihınin dəyəri bir neçə dəfə artıb. Hazırda “LUKOİL”un “Petronas” ilə sövdələşməyə qoyduğu paraetrləri nəzərə alaraq, ümumilikdə “Şahdəniz”i $14,5 milyard dəyərində qiymətləndirmək olar. 2004-cü ildə “LUKOİL” “LukAgip” birgə müəssisə üzrə tərəfdaşı olan İtaliyanın “ENI” şirkətinə həmin BM-nin ikinci 50%-nə görə ümumilikdə $143 milyon ödəyib. Beləliklə, həmin dövrdə “Şahdəniz”də 10% payı olan sahibkar-şirkətin dəyəri $300 milyon az olub.
Bu, illər ərzində “LUKOİL”un ən iri sövdələşməsidir: şirkət 2010-cu ildə ABŞ-ın “Conoco” şirkətindən kapitalının 7,6%-ni $3,44 milyarda alarkən, yalnız öz səhmlərinə görə daha çox ödəniş edib.