çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Azərbaycanın yeni inkişaf strategiyası qeyri-neft sektorunun daha sürətli inkişafına səbəb olacaq

Image


Bu gün iqtisadi müstəvidə Azərbaycanın başlıca hədəfi iqtisadiyyatın qeyri-neft sektorunun daha dinamik inkişafının təmin edilməsidir. Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlər əldə etməkdədir. Elə iqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqlamaları da bunu təsdiq edir.

O, iqtisadiyyatda bərpa prosesinin başlandığını, 2021-ci ilin 8 ayında ÜDM-in real ifadədə 3,6 faiz, ilin əvvəlindən qeyri-neft ixracının 40 faiz artdığını, 2021-ci ilin sonunadək 2,2 milyard dolları ötəcəyinin proqnozlaşdırıldığını diqqətə çatdırıb: “Son 10 ildə qeyri-neft-qaz sektoru milli iqtisadiyyatın başlıca artım və inkişaf amilinə çevrilib, bu dövrdə ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 57 milyard dollara yaxın olub, ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 48 faizdən 70 faizə çatıb”. Nazir 2020-ci ildə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpasının ölkənin inkişaf prioritetləri üçün yeni çağırışlar və reallıqlar yaratdığını vurğulayıb: “Dövlət başçısı tərəfindən yeni dövrdə ölkəmiz qarşısında duran mühüm sosial-iqtisadi və ətraf mühitlə bağlı hədəflərə nail olunması, bunun üçün effektiv siyasətin formalaşdırılması, azad olunmuş ərazilərimizin bərpası məqsədilə bu ilin əvvəlində dövlət başçısı tərəfindən "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunub”. İqtisadiyyat naziri Milli Prioritetlərin reallaşdırılması çərçivəsində "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinin hazırlandığını, sənədin yaxın zamanlarda İqtisadi Şurada müzakirə ediləcəyini bildirib. Strategiyanın həyata keçirilməsi 4 başlıca istiqamət üzrə dəyişikliklərə səbəb olacaq: “Dövlət şirkətlərinin gəlirliliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlığının yüksəldilməsi və digər tədbirlər nəticəsində iqtisadiyyatın dövlət sektoru yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq, iqtisadi idarəetmə daha da təkmilləşdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində növbəti ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 4,2 faiz, qeyri-neft ÜDM-in orta illik real artım tempi isə 5,2 faiz proqnozlaşdırılır. 2025-ci ilədək qeyri-neft ixracının 2 dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də KOB-ların payının isə 35 faizə çatdırılması hədəflənir. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, cari ildə ÜDM-in real artım tempinin 4,8 faiz olacağı gözlənilir”.

Bu fonda qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 milyard dollar, qeyri-neft sektoru üzrə 1,8 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 milyon dollar və ya 40,9 faiz artıb. Bu ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon dollar ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8 faiz artım qeydə alınıb. Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2 faiz təşkil etməklə 224,7 milyon dollar olub. Sadalanan rəqəmlər qeyri-neft sektoru üzrə ixracın sürətlə artmaqda olduğunu göstərir. Bütün bunlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.  Təsadüfi deyil ki, Azərbaycanın əldə etdiyi uğurlar, aparılan islahatların müsbət nəticələri beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da əksini tapır. Son hesabatlarda Azərbaycan investisiya yatırımı üçün cəlbedici ölkə kimi göstərilir. Bunun nəticəsidir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, həmçinin ölkədə investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatında beynəlxalq şirkətlərin Azərbaycan iqtisadiyyatını dayanıqlı hesab etdikləri əksini tapıb. “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatının hazırlanması zamanı ölkəmizdə təmsil olunan xarici şirkətlər arasında ətraflı sorğular aparılıb, onların işgüzar mühit, habelə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və bərpa işlərində iştirakı barədə fikirləri öyrənilib. Respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini sabit qiymətləndirib. Əvvəlki hesabatda isə bu göstərici 39 faiz təşkil edirdi. Bu qiymətləndirmənin əsas səbəbləri sırasında vergi sistemində edilən dəyişikliklər və COVID-19 pandemiyasının kəskin vaxtlarında dövlətin sahibkarlara göstərdiyi dəstək dayanır. Həmçinin maliyyə sektorunda aparılan islahatlar da beynəlxalq şirkətlərin müsbət qiymətləndirdikləri məqamdır. Bütün bunların nəticəsidir ki, aparılan sorğuda xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər.

Azərbaycanın ərazi  bütövlüyünün təmin edilməsi ilə yaranan yeni investisiya imkanları beynəlxalq şirkətlərin diqqətini cəlb edib və Azərbaycan biznes investisiyaları üçün mühüm ərazi kimi qiymətləndirilib. Bu qiymətləndirmə ötən ilə nisbətdə 50 faizdən 60 faizə yüksəlib. Sorğuda iştirak edən xarici şirkətlərin 43 faizi fəaliyyət sahələri üzrə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçiriləcək layihələrdə iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü bildirib. Onların əksəriyyəti tikinti, telekommunikasiya və informasiya texnologiyaları sahələrinə daha çox maraq göstərir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ