çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Aİ-95 “Premium” markalı benzin yenidən bahalaşa bilər

Image


Məlum olduğu kimi, bu il sentyabrın 15-dən bəri Azərbaycanda Aİ-95 “Premium” markalı benzin 1 manat 60 qəpiyə, Aİ-98 “Super” markalı benzin 1 manat 90 qəpiyə satılır. Aİ-95 markalı benzinin qiymətində budəfəki artım 15 qəpik olsa da, nəzərə almaq lazımdır ki, cəmi üç ay öncə bu benzin növünün qiyməti 1 manat 20 qəpik idi. Bu o deməkdir ki, Aİ-95 “Premium” markalı benzinin qiyməti son üç ay ərzində 33 faiz artıb.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 1 milyon 300 min tondan çox dizel, 1 milyon tondan çox Aİ-92 markalı benzin işlədilib. Bu yanacaq növlərinin toplam istehlak payları, müvafiq olaraq, 54.4 və 43.4 faizdir. Ötən il boyunca Azərbaycan xaricdən 50 min tondan çox “Premium”, yəni Aİ-95 və 2 min 600 tondan çox “Super”, yəni (Aİ-98) markalı benzin idxal edib. Rəqəmlərdən belə bəlli olur ki, Aİ-95 və Aİ-98 markalı benzin növlərinin ümumi istehlakda payı təxminən 2 faiz civarındadır. Bu tip benzinlərə tələbin nisbətən aşağı olmasının əsas səbəblərindən biri Azərbaycanda avtoparkın yetərincə yaşlı olmasıdır. Sonuncu rəsmi məlumata görə, Azərbaycandakı avtomobillərin 77 faizinin istismar müddəti 10 ildən çoxdur. 5 ilədək yaşı olan avtomobillər ölkə üzrə avtomobil parkının cəmi 4 faizidir. Sözügedən markadan olan benzinlərin bahalaşmasını isə dünya bazarında gedən proseslə əlaqələndirirlər. Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - SOCAR Petroleum QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli də bu günlərdə bildirib ki, Azərbaycanda Aİ-95 və Aİ-98 yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır.

Məhz belə bir vaxtda bəlli olub ki, Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında Aİ-95 markalı benzinin qiyməti növbəti dəfə rekord vurub. Benzinin hər tonunun qiyməti 0,6 % artaraq 60,18 min rubl və ya 1402 manat təşkil edib. Bundan əvvəlki rekord bu il iyulun 22-də qeydə alınıb. O zaman bu markadan olan benzinin dəyəri bir ton üçün 60,03 min rubl və ya 1399 manat olub. Bir daha qeyd edək ki, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymət artımı onun idxal dəyərinə və ölkəmidəki satış qiymətinə də birbaşa təsir edir. Azərbaycan Aİ-95 benzinini əsasən Rusiyadan alır. Rusiyada isə bu markanın qiyməti sürətlə artır. Bu mənada istisna edilmir ki, artan qiymətlər yenidən Azərbaycana da təsirini göstərəcək.

Xatırladaq ki, Azərbaycanda ili nisbətən köhnə olan avtomobil sürənlər Aİ-92 markalı benzindən istifadə edir. Təzə avtomobillərə isə adətən yüksək oktanlı hesab olunan Aİ-95 və ya Aİ-98 markalı benzin tökülür. Çünki hər bir avtomobilin texniki pasportunda onun üçün hansı növ yanacaqdan istifadə olunması qeyd edilir. Avropa ölkələrində 2014-cü ildən etibarən heç bir avtomobil aşağı oktanlı benzin ilə istehsal edilmir. Odur ki, həmin ölkələrdən gətirilən və son 6-7 ilin buraxılışı olan avtomobilləri sürənlər yüksək oktanlı benzinə üz tuturlar. Köhnə avtomobillərə isə ya yüksək oktanlı benzin tökmək məsləhət görülmür, ya da nisbətən ucuz qiymətə olan aşağı oktanlı benzin tökmək kifayət edir. Indi proseslərin inkişaf axarı göstərir ki, təzə maşın sürənlərin və  yüksək oktanlı benzindən istifadə edənlərin xərci daha da artacaq. Çünki mənbə ölkələrdə Aİ-95 və Aİ-98 yanacaq növlərinin yenidən bahalaşması müşahidə edilir.  Hesab edilir ki, Azərbaycanda da artıq bu marka benzinin istehsalına start verilməlidir.  Məsələ ilə bağlı  millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov dı bu günlərdə olduqca maraqlı analiz paylaşıb. O bildirib ki, bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton Aİ-95 markalı benzin idxal edib: “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcmin 2 dəfə, dəyərinin isə 2,3 dəfə artması deməkdir. Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Rumıniyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu Rusiyanın payına düşüb. Bu məhsul idxalına görə bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Rumıniyaya isə 18 milyon 180 min dollar ödəmişik”. İqtisadçı Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmamasının hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olduğunu, buna görə də yerli istehsalın ən qısa müddətdə təşkil edilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, SOCAR rəsmilərinin açıqlamalarına əsasən, Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olacağı halda idxal asılılığımız aradan qaldırıla bilər.

Onu da qeyd edək ki, idxal yanacağın bahalaşması hibridlərə tələbatı artırıb. Əvvəllər benzinin bahalaşması avtomobil sektorunda vətəndaşların daha çox dizel mühərrikli avtomobillərə üstünlük verməsi ilə nəticələnirdi. Bu gün daha bir alternativ var. Benzinin qiymətinin qalxması dizellə çalışan avtomobillərə və hibridlərə tələbatı daha çox artırıb. Getdikcə dizel də bahalaşacaqsa, hibrid avtomobillərə tələb daha da artacaq.

Tahir TAĞIYEV

 

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ