Cümə günü, 02 oktyabr 2026
     

Süveyş kanalına alternativ Azərbaycan marşrutundan istifadə yenidən qlobal miqyasda aktuallaşdı

Image


Bu gün tranzit yükdaşımalar dünya iqtisadiyyatında olduqca mühüm sahələrdən birinə çevrilib. Bu mənada, indi qeyd edilən istiqamətdə yeni layihələrin həyata keçirilməsi, yeni marşrutların yaradılması, əvvəl mövcud olanlara alternativlərin formalaşdırılması xüsusi diqqət mərkəzində yer alır. Belə bir vaxtda Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri, Arktika Şurasının yüksək vəzifəli rəsmisi Nikolay Korçunov “RİA Novosti”yə verdiyi müsahibədə Şimal dəniz yolunun Süveyş kanalından daha yaxşı olduğunu bəyan edib. Diplomatın sözlərinə görə, bu ilin mart ayında Süveyş kanalında iri konteyner gəmisi "Ever Given"lə bağlı baş vermiş hadisə alternativ qlobal nəqliyyat yollarının inkişaf etdirilməsinin, tədarük yollarının şaxələndirilməsinin vacibliyini göstərdi və mövcud dəniz yollarının azlığını ortaya qoydu. Şimal dəniz yolu, bu mənada, Süveyş kanalından keçən nəqliyyat marşrutundan 40 faiz qısadır və bir sıra üstünlüklərə malikdir: “Bu, həm də yanacaq xərclərini azaltmağa imkan verər ki, nəticədə də ətraf mühitə atılan antropogen yük minimuma enər".

O vurğulayıb ki, son illər Şimal dəniz yolu boyunca daşınan yüklərin həcmində və gəmiçiliyin inkişafında müsbət dinamika müşahidə olunur. Korçunov əlavə edib ki, bu, şimal ərazilərinə, ticarətə və turizmə müsbət təsir göstərəcək, eyni zamanda, yerli əhali də daxil olmaqla, Arktika sakinlərinin yaşayış səviyyəsinin yaxşılaşmasına kömək edəcək. Xatırladaq ki, bu il martın 23-də Panama bayrağı altında Çindən Rotterdama doğru hərəkət edən 400 metr uzunluğundakı "Ever Given" konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrliyində saya oturub. Bir neçə cəhddən sonra gəmini martın 29-da oradan çıxartmaq mümkün olub. Bu əməliyyatda 15-dən artıq yedək gəmisi iştirak edib. Hadisə ilə əlaqədar kanalda ilişib qalan müxtəlif ölkələrə məxsus 422 gəmidən sonuncusu yalnız 3 aprel tarixində Süveyşi keçərək yoluna davam edə bilib. İndi Rusiyanın Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin rəhbəri Aleksey Çekunkov da bildirir ki, iri Asiya ölkələri artıq həddən artıq yüklənmiş Süveyş kanalına alternativ kimi Şimal dəniz yolunu nəzərdən keçirir. Baş nazirin müavini Yuri Trutnev isə qeyd edib ki, Rusiya Şimal dəniz yolunun istifadəsinin rahat, təhlükəsiz olması və ətraf mühitə zərərli maddələrin atılmasının azalması üçün əlindən gələni edəcək. Şimal dəniz yolu marşrutunun uzunluğu 5,6 min kilometrdən çoxdur, ona bitişik gəmi yollarının uzunluğu isə təqribən 37 min kilometrdir. Süveyş, Panama kanallarından və ya Ümid Burnu ətrafından keçən nəqliyyat arteriyaları bu dəniz yoluna alternativdir.

Süveyş kanalına ən yaxşı alternativ qismində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çıxış edir. Bundan istifadə edilsə, Cənub-Şərqi Asiya ölkələrində Avropaya və əks istiqamətə yüklər İranın Çabahar və Bəndər Abbas limanları vasitəsilə daşınsa, risqlər ən aşağı həddə enər. Belə ki, Asiyadan yük daşıyan gəmilər kanala deyil, körfəzə daxil olaraq limana yan alır ki, burada da ilişib qalaraq tıxac yaratmaq mümkün deyil. Bundan başqa, yük gəmisinin, necə deyərlər, dünyanı dolaşıb Avropa limanlarına daxil olmasına da ehtiyac yoxdur. Gəmilər İranın adı yuxarıda çəkilən limanlarına daxil olduqdan sonra yüklər vaqonlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Azərbaycan və Rusiya ərazisindən tranzit keçərək Qərbi Avropa ölkələrinə çatdırılacaq. Beləliklə də heç bir şirkət tixaca görə təzminat ödəmək məcburiyyətində qalmayacaq.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi ilə yüklərin daşınması daha az vaxt aparır. Asiyadan Misirin Süveyş kanalına, oradan Hibraltar və La-Manş keçidlərinə qədər yük gəmilərinin üzməsi 1 ay vaxt aparır. “Şimal-Cənub” dəhlizi vasitəsilə yüklər 15 gün müddətində mənzil başına çatdırılır. Hələlik Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin yalnız Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edib. Rəsmi Tehran bu yolun inşasını tez bir zamanda yekunlaşdırmaq istəyir. Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi  Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya və Avropa arasında yüklərin daşınması üçün 7200 kilometr uzunluğundakı multimodal gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir. “Şimal-Cənub”  dəhlizindən yük daşımalarının həcmi gələcəkdə 30 milyon tona çatdırıla bilər. Dəhlizdə yüklərin Transxəzər, Şərq və Qərb xətlərilə daşınacağı nəzərdə tutulur. Bunlardan birincisi Rusiya və İran limanları vasitəsilə Xəzər dənizindən keçir. Azərbaycandan keçən Qərb xətti yüklərin İrandan Rusiyaya və əksinə yeni tikilmiş Astara – Astara bağlantısı vasitəsilə dəmir yolu ilə ötürülməsini ehtiva edir. Ekspertlərin fikrincə, dəhlizin üç xətti arasında ən sərfəlisi olan Qərb xəttinə tələbat da vaxt keçdikcə artacaq. Bu dəhlizdən yük daşımalarının həcmi gələcəkdə 30 milyon tona çatdırıla bilər. Dəhlizdə yüklərin “Transxəzər”, Şərq və Qərb xətlərilə daşınması nəzərdə tutulur. Bunlardan birincisi Rusiya və İran limanları vasitəsilə Xəzər dənizindən keçir. Azərbaycan tərəfindən keçən Qərb xətti yüklərin İrandan Rusiyaya və dəmir yolu ilə ötürülməsini ehtiva edir. Ekspertlərin fikrincə, dəhlizin üç xətti arasında ən sərfəlisi olan Qərb xəttinə tələbat da vaxt keçdikcə artacaq.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ