İnnovasiyalar Agentliyi Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memorandum imzalayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya programlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşılması planlaşdırılır.