Azad edilmiş Şuşada Azərbaycanın ilk dövlət sosial layihələri başladı - kiçik ailə biznesi…

Vüqar Bayramov: “Şuşalılar kiçik ailə biznes sahibləri kimi öz doğma şəhərlərinə qayıda biləcəklər”

img

Müzəffər Azərbaycan Ordusunun Şuşanı Ermənistanın işğalından azad etməsi ilə şuşalıların  yurd həsrətlərinə də son qoyuldu. Şuşasız qaldıqları dövrdə dövlət onları həmişə öz qayğısı ilə əhatə edib, daha bir qayğı kimi, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunublar. Proqramın dəstəyilə kiçik ailə təsərrüfat və müəssisələrini yaratdılar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, indi onlar doğma Şuşaya özünüməşğulluq proqramının dəstəyilə yaratdıqları kiçik ailə biznesləri ilə qayıtmağa hazırlaşırlar. Onların hər biri öz bizneslərini Şuşada daha da genişləndirəcəklər.

Qeyd etdiyimiz kimi, artıq Şuşada həyat öz məcrasına qayıdır.

  • “Çox yaxın zamanlarda Şuşa şəhəri ölkəmizin ən çox inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək”

Millət vəkili Vüqar Bayramov bildirdi ki, 28 ildən sonra Şuşa şəhəri öz doğma adını bərpa etdi: “Azərbaycanın incisi sayılan Şuşa şəhəri işğal müddətində baxımsız şəhərə çevrilmişdi. Artıq Şuşaya həyat qayıdır".

Həmsöhbətimiz qeyd etdi ki, Şuşada Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramının icrasına başlanır: “Şuşalılar kiçik ailə biznes sahibləri kimi öz doğma şəhərlərinə qayıda biləcəklər. Şuşada sahibkarlığın inkişafı ilə bağlı digər proqramların da icrasına başlanılması gözlənir. Bu o deməkdir ki, çox yaxın zamanlarda Şuşa şəhəri ölkəmizin ən çox inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək. Böyük turizm potensialı olan Şuşa şəhəri sürətlə inkişaf edəcək. Doğma adınla əbədi yaşa, Şuşamız!".

Günel CƏLİLOVA

Son xəbərlər