çərşənbə günü, 14 oktyabr 2026
     

Azərbaycanın yardımı ilə Türkiyə enerji asılılığından xilas olur

Image


Qara dənizdəki “Tuna” kəşfiyyat quyusunda aşkarlanan zəngin karbohidrogen ehtiyat qardaş Türkiyə üçün indi yeni imkanlar açır və onun xaricdən enerji asılılığını əhəmiyyətli dərəcədə azaldır. Bu fonda o da aydın görünür ki, Türkiyənin enerji asılılığının azalmasında Azərbaycanın bu ölkəyə satdığı enerji resursları da mühüm rol oynayacaq.

İlkin hesablamalara görə, “Tuna” kəşfiyyat quyusu ilə aşkarlanan və “Sakarya” adı verilən yataqdakı 320 milyard kubmetr qaz ehtiyatı orta hesabla 67 milyard dollar dəyərindədir. Bu yatağın istismara hazır vəziyyətə gətirilməsi üçün dənizdən Anadolu sahilinə qədər əsas boru xətti çəkiləcək, dənizdə, sahildə və ana stansiyada ötürücü kompressorlar qurulacaq. Eləcə də təzyiq tənzimləyən avtomatik sistemlər, paylayıcı xətlər, qaz anbarları, qaztəmizləyici depolar ilkin mərhələdə “Sakarya” yatağından məhsul əldə etmək üçün həyata keçiriləcək kompleks layihənin birinci mərhələsinə aid olan işlərdir. Türkiyə bu halda enerji istehsalında çoxşaxəliliyi təmin etmək üçün yeni imkanlar da qazanır. Bununla bağlı Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır:“Türkiyə Qara dənizdə yeni təbii qaz yataqları tapa biləcəyini istisna etmir. Bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında söyləyib. Indilikdə Türkiyə rəhbərliyi bölgədə, rəsmi hesablamalara görə, 320 milyard kubmetr ehtiyatı olan “Sakarya” qaz yatağının kəşf edildiyini açıqlayıb. Tapıntı səlahiyyətlilərə enerji müstəqilliyinə gedən yol barədə danışmaq üçün əsas verib. Mütəxəssislər etiraf edirlər ki, uzunmüddətli perspektivdə Türkiyə Rusiyadan qaz tədarükünün həcmini azaltmağa cəhd edə və ya daha məqbul qiymətə sövdələşməyə başlaya bilər. Ankara Qara dənizdəki sektorunu araşdırmağı dayandırmaq niyyətində deyil. Ərdoğan bildirib:“Kəşf olunan qaz ehtiyatları daha böyük bir mənbənin yalnız bir hissəsidir. Yaxşı xəbərlər gələcək, orada yalnız bir yataq ola bilməz. Bu tapıntı ölkəmizin enerji müstəqilliyi baxımından son dərəcə vacibdir. İndiyə qədər biz yüz milyonlarla dollar xərcləyərək enerji təchizatında xaricdən tamamilə asılı idik. Ancaq 2017-ci ildə enerji strategiyamızı yenilədik, tədqiqat və qazma gəmilərimizi genişləndirdik”. Ölkənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez isə bildirib:“Aralıq dənizindən də yaxşı xəbər gözləyirik. Şübhəsiz ki, öz sahələrimizi inkişaf etdirməyə qadirik. Türkiyənin bu məsələdə ortağı yoxdur”.

Ərdoğanın sözlərinə görə, yatağın həcmi 320 milyard kubmetrdir. Yaxın gələcəkdə Ankara bu sahədən qaz hasilatı ilə əlaqədar texniki problemləri həll edəcək və mütəxəssislər dərhal qazma işlərinə başlayacaqlar. Bir neçə ildən sonra Türkiyə bu yanacağı daxili bazara tədarük etməyi planlaşdırır. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol hazırkı şəraitdə Qara dənizdəki yeni qaz yatağının potensial dəyərinin 80 milyard dollara çatdığını və “bu miqyasda bir yataq işlətməyə başlamaq üçün” 6 milyard dollar sərmayə tələb ediləcəyini bildirib. Birolun sözlərinə görə, “Sakarya” illik 10-15 milyard kubmetr arasında hasilatı təmin edə biləcək. O qeyd edib ki, bu, Türkiyədə istehlak olunan qazın üçdə bir hissəsidir. Fatih Dönməz isə əvvəlcədən texniki qiymətləndirmələri verərək “Qara dənizdə tapılan qazın çox keyfiyyətli olduğunu” qeyd edib:“Bununla birlikdə, enerji mənbələrinin tapılması ilə bağlı işləri dayandırmayacağıq. Qazma işləri davam edəcək. Daha 6 min kvadrat kilmetr ərazidə seysmik tədqiqatlar aparılacaq”.

Ankara Aralıq dənizində seysmik tədqiqatlar aparır. Bu məqsədlə türk tədqiqat gəmisi “Oruc Reis”in Yunanıstanın Dodekanes bölgəsinə göndərilməsi artıq Afina ilə münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb və Avropa İttifaqı daxilində sanksiyalarla bağlı müzakirələrə səbəb olub. Türkiyə Silahlı Qüvvələrinin müşayiəti ilə gəmi mübahisəli zonaya daxil olub. Maliyyə və xəzinədarlıq naziri və Ərdoğanın kürəkəni Berat Albayrak artıq Qara dənizdə yeni yataqların tapılmasının ölkədəki büdcə kəsirini “unutmağa” və profisitli iqtisadi göstəricilərə keçilməsinə kömək edəcəyinə inandığını bildirib: “Türkiyə tam enerji müstəqilliyi yolunda böyük bir addım atıb. Deyə bilərəm ki, iqtisadi baxımdan bu tapıntı və onun potensialı tədiyyə balansının kəsiri məsələsini gündəmimizdən çıxara bilər, büdcə profisiti və valyuta profisitləri barədə danışacağımız mərhələyə qədəm qoyacağıq”. “Nezavisimaya Qazeta” ilə söhbətdə Türkiyə parlamentinin keçmiş üzvü və Demokratiyanı Müdafiə Fondunun Türkiyə proqramının baş direktoru Aykan Erdemir Qara dənizdə tapılan ehtiyatlarla bağlı bildirir:“Sənaye mütəxəssisləri 7 illik bir proses proqnozlaşdırsalar da, aşkar edilmiş qaz yatağının Türkiyə-Rusiya münasibətlərinə birbaşa təsirini müzakirə etmək hələ tezdir, uzunmüddətli perspektivdə Ankaranın yerli istehsal mövzusunu Rusiya qazından asılılığı aradan qaldırmaq və daha aşağı qiymətə danışıqlar aparmaq üçün istifadə etmək ehtimalı var. Ümumiyyətlə, yaxın 10 ildə Türkiyə neft, qaz və mayeləşdirilmiş təbii qaz idxalını davam etdirəcək, lakin Azərbaycan, Rusiya və ABŞ da daxil olmaqla, əsas tədarükçüləri arasında manevr etmək imkanı olacaq”. Amma məsələnin bu tərəfi də var ki, Türkiyə indi Azərbaycandan digər təchizatçılarla müqayisədə daha ucuz qaz alır. Özü də Azərbaycan Türkiyənin əsas qaz təminatçısına çevrilir. Bu durumda Qara dənizdə tapılan qaz və Azərbaycandan da bu məhsulun ucuz qiymətə alınması Türkiyəni xarici enerji asılılığından xilas edir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ