19/09/2020 22:14
728 x 90

Prezidentdən sahibkarlara bütün mülkiyyət növləri üzrə böyük icarə güzəşt hüququ – 2021-ci ilin yanvarınadək...

Mayis Əliyev: “Sahibkarlar 9 ay müddətinə icarə haqqından azaddırlar”

img

Məlum olduğu kimi, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq.

Bu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Pandemiya dönəmində sahibkarlar icarə haqqından müvəqqəti azad olundu.

  • “Son zamanlar sahibkarlıqla məşğul olanlara dövlət tərəfindən çoxlu sayda güzəşt edilir”

Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, son zamanlar sahibkarlıqla məşğul olanlara dövlət tərəfindən çoxlu sayda güzəşt edilir: “Pandemiya dönəmində də sahibkarlara müəyyən güzəştlər edilir və onlara dəstək göstərilir. Məlumdur ki, sahibkarlara birdəfəlik ödəniş edilib. Bununla yanaşı, sahibkarlar 9 ay ərzində icarə haqqından da azaddırlar. Bu o deməkdir ki, sahibkarlıqla məşğul olan insanların sosial vəziyyəti hər zaman dövlətin nəzarətindədir. Əhalinin məşğulluq səviyyəsinin artırılması, onların işlə təmin olunması, həssas qruplara qarşı olan diqqət və qayğı dövlətin apardığı sosial siyasətin ən bariz nümunəsidir. Diqqətçəkən bir nüans isə işsizlik probleminin aradan qaldırılması yolunda görülən işlərdir. Yeni iş yerlərinin açılması, əhalinin işsizlik probleminin tədricən aradan qaldırılması məsələsi daim gündəmdədir”.

Günel CƏLİLOVA

Son xəbərlər