14/08/2020 20:33
728 x 90

Banklar kredit vermir, ya əhalinin maddi vəziyyəti aşağıdır...

Əkrəm Həsənov: “İndi banklardan kredit almaq elə də asan məsələ deyil”

img

2020-ci ilin əvvəllərində koronavirus (COVID-19) infeksiyasının yayılması müxtəlif ölkələrdə əhalinin sağlamlığı ilə bağlı risqlər yaratdı, dünyanın iqtisadi-siyasi həyatında ciddi dəyişikliklərə yol açaraq iqtisadiyyatın bütün sektorlarına öz təsirini göstərdi.

Turizm sektorunun çətin vəziyyətə düşməsi, neft qiymətlərinin enməsi, dünya üzrə həm istehsal, həm də istehlak həcminin azalması iqtisadiyyatı tamamilə fərqli bir vəziyyətə gətirdi. Əlbəttə, bu faktorların iqtisadiyyatın qan damarları hesab edilən bank sektoruna da öz təsirini göstərməsi qaçılmazdır.

Pandemiya dövründə banklar öz mənfəətini düşünərək əhaliyə kredit verməkdən yayınır. Səbəb kimi isə karantin rejimi ilə bağlı əhalinin gəlirinin aşağı düşməsini qeyd edirlər.

  • “İnsanlar əvvəllər götürdükləri kreditləri qaytara bilmirlər, buna görə də banklar hazırda çox kredit vermirlər”

Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, hazırda insanların gəlirləri daha aşağı olduğu üçün onlar banklardan daha çox kredit götürmək istəyirlər: “Əvvəlki dövrlərdə götürülən kreditlərin geri qaytarılmasındakı problemlər bankların gəlirlərin azaldığı pandemiya dönəmində kredit verməyə marağını əhəmiyyətli dərəcədə azaldıb. İndi banklardan kredit almaq elə də asan məsələ deyil. Faizlər də buna görə, faktiki olaraq, qalxıb. İnsanlar əvvəllər götürdükləri kreditləri qaytara bilmirlər. Buna görə də banklar hazırda çox kredit vermirlər. Bu baxımdan indiki vaxtda kredit götürmə halları azdır. Əvvəl götürülən kreditlərin qaytarılmaması bankların vəziyyətini daha da gərginləşdirir”.

Son olaraq bildirək ki, pandemiya dönəmində banklar əhaliyə kömək göstərmək əvəzinə, yenə də özlərini düşünərək əhalini çətin vəziyyətə salırlar.

Günel CƏLİLOVA

Son xəbərlər