14/08/2020 21:20
728 x 90

Azərbaycan hökuməti ÜDM üzrə proqnozları yenilədi - 5 faiz...

img

Azərbaycan hökuməti koronavirus pandemiyasının mənfi nəticələri nəzərə alınmaqla 2020-ci il üçün ölkədə ÜDM üzrə proqnozları yeniləyib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.

Yenilənmiş proqnozlara əsasən, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 5% azalacağı gözlənilir.

"May ayında İqtisadiyyat Nazirliyi 2020-ci ilin yekunları üzrə ÜDM-nin 3,8% azalacağını proqnozlaşdırmışdı. İyul ayında proqnoz yeniləndi və hazırda iqtisadiyyatın ilin sonuna təxminən 5% azalacağı proqnozlaşdırılır", - deyə hökumətdən qeyd ediblər.

Azərbaycan hökuməti pandemiyaya qədər 2020-ci il üçün ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırmışdı.

Bununla yanaşı, bütün beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının tənəzzülə uğrayacağı gözlənilir. Xüsusilə Dünya Bankı 2,6% (2021-ci ildə artım 2,2%), Beynəlxalq Valyuta Fondu 2,2% (2021-ci ildə artım 0,7%), Asiya İnkişaf Bankı 0,1% (2021-ci ildə artım 1,2%), Avropa Yenidənqurma və İnkişaf Bankı 3% (2021-ci ildə artım 3%) səviyyəsində azalma proqnozlaşdırır.

2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.

Son xəbərlər