12/08/2020 23:00
728 x 90

Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim etdi

img

Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi hazırlanaraq, müvafiq büdcə zərfi ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub. Bununla yanaşı, büdcə sisteminə uyğun olaraq, icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, dövlət və icmal büdcələrə yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

Dövlət büdcəsinin parametrlərinə prioritetliyin və xərclərin ünvanlılığının optimallşadırılması, yeni tələbatların maliyyələşdirilməsi və gəlir və xərclər arasında balansın təminatı məqsədilə yenidın baxılır.

2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə proqnoz 26 milyard 894,7 milyon manat təşkil edir, büdcə kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.

Son xəbərlər