Hər kəsə məlum olduğu kimi Covid-19 pandemiyası bütün dünya ölkələrində var olan sivil biznesə bu və ya digər şəkildə böyük zərər vurmuşdur. Yalnızca Avropa Birliyi nəznində on minlərlə şirkət batmış, yaxud iflasın eşiyindədir. Elə Azərbaycanda da orta və kiçik sahibkalıq subyektlərində vəziyyət o qədər də ürək açan deyil. Qida, əczaçılıq və buna bağlı sahələr xaricində demək olar bütün biznes sahələri böyük maddi zərərlə qarşılaşıblar.
Pandemiya səbəbi kimi bir qisim insanlar virusun bu dərəcədə yayılmasını dünyada siyasi gedişlərlə, yaxud bizneslə, hətta qədərlə də əlaqələndirirlər. Bəzi rühanilər bunun insanlığa göndərilən cəza kimi də dəyərləndirirlər. Əslində müsəlman topluluqların ən böyük səhvlərindən biri qədərin harada bitib iradənin harada başladığını ayır edə bilməməsidir. Ancaq səbəb nə olur sa olsun marketoloqlar tərəfindən səbəblərə deyil nəticəyə istiqamətli biznes plan qurmalıdır. Təbii ki, hər şeydən əvvəl can sağlığı gəlir və ilk növbədə can sağlığımızı qorumalıyıq.
Sahibkarlıqla məşğul olanlara dəstək məqsədilə "Sosial sığorta haqqında” Qanuna dəyişiklik edildi. Dəyişikliyin edilməsində məqsəd pandemiya dövrü ilə əlaqədar sosial sığorta ödəmələri üzrə güzəştlərin tətbiq edilməsidir.
“Sosial sığorta haqqında” Qanuna pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişikliklərə əsasən sosial sığorta ödəmələri üzrə güzəştlər iqtisadiyyatın bütün sahələrini əhatə edir”
Maliyyə mütəxəssisi Vüqar Mirheydərov bildirdi ki, “Sosial sığorta haqqında” Qanuna pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişikliklərə əsasən sosial sığorta ödəmələri üzrə güzəştlər iqtisadiyyatın bütün sahələrini əhatə edir: “Bu sahədə tətbiq ediləcək güzəştlər 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə edəcək. Bu müddət ərzində fərdi sahibkarlar minimum əmək haqqının 25 faiz yox, 15 faiz məbləğində aylıq sosial sığorta haqqı ödəyəcəklər. İnşaat və ticarətlə məşğul olan fərdi sahibkarlar üçünsə bu rəqəm minimum əməkhaqqının 50 faizini deyil, 25 faizini təşkil edir. Bu dərəcələr yalnız Bakıda fəaliyyət göstərən sahibkarlara tam şəkildə şamil edilir.
Sosial sığorta ödənişi şamil olunan şəxslər sığorta ödənişləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi "haqqında qəbz" əsasında qəbul edilir. Onu da bildirim ki, həmin şəxslər hesabat təqdim etmək öhdəliyindən azad olunub.
Məlumat üçün qeyd edim ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının torpağın sahəsindən asılı olaraq 2-6-10 faizi dəyərində hesablanır”.
Ekspertin dediyindən belə aydın ki, pandemiya dövründə sosial sığorta ödənişində istifadə edən sahibkarlar öz vəsaitlərinə qənaət edəcək.
Günel CƏLİLOVA