çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycanın ABŞ və Rusiya ilə müqayisədə daha üstün mövqedə olduğu təsdiqləndi - qaz tədarükü məsələsində...

Image


Avropaya qaz tədarükü məsələsində Azərbaycanın ABŞ və Rusiya ilə müqayisədə daha üstün mövqedə olması getdikcə daha əyani surətdə öz təsdiqini tapır. Məsələ burasındadır ki, həm Rusiyadan, həm də ABŞ-dan Avropaya qaz nəqli daha müşkül hala gəlir.

Hazırda Rusiyanın Avropaya qaz satışı üçün çəkmək istədiyi "Şimal axını-2" layihəsinə qarşı ABŞ sanksiyaları kəmərin reallaşmasında böyük əngəldir. Artıq məlumdur ki, ABŞ-ın "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyaların genişləndirilməsi boru kəmərinin tikintisini başa çatdırmaq üçün təxminən 700 milyon avro həcmində sərmayələrin cəlbini əngəlləyəcək. ABŞ-ın təklif etdiyi əlavə sanksiyalar Avropanın 12-dən çox ölkəsinin 120-dən çox şirkətinə birbaşa təsir edəcək. Xatırladaq ki, ötən il dekabrın 20-də ABŞ prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər illik gücü 55 milyard kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. Amma ABŞ sanksiyaları inşa prosesini gecikdirir. Bu durumda ABŞ-ın özünün də Avropaya qaz satması müşkülə çevrilib. Məsələ burasındadır ki, Avropa və Asiyada “mavi yanacağın” qiyməti minimuma düşüb. Hətta ABŞ-ın Enerji Departamenti etiraf edir ki, Amerikanın maye qazını almağın heç bir əhəmiyyəti yoxdur. Bu fonda müştərilər yay üçün nəzərdə tutulmuş tədarükdən imtina ediblər. Nəticədə ixrac təxminən 63,6 faiz çöküb. Amerika qazı, belə demək olarsa, artıq heç kəsə lazım deyil. Məsələ ilə bağlı “RİA Novosti” portalı yazır:“Keçən il ABŞ qazının xalis ixracı 54,7 milyard kubmetrə çatıb, bu, 2018-ci ildəkindən 20,7 milyard kubmetr çoxdur. Ən böyük maye qaz istehsalçısı olan "Cheniere Energy" şirkətinin məlumatına görə, birinci rübdə dünya bazarında satış həcmi 100 milyon tona çatıb, yəni 2019-cu ildən 10 milyon ton çox. Artımı əsasən amerikalılar təmin edib.

İddialı planlar var idi: 2020-ci ildə 67,2 milyard kubmetr, 2021-ci ildə isə 79,5 milyard kubmetr satmaq. Bu göstəriciləri yanvar ayında ABŞ Energetika Departmanetinin Enerji İnformasiya Agentliyi açıqlayıb. Ancaq artıq aydındır ki, bunlar baş verməyəcək. Mülayim qış və koronavirus pandemiyası səbəbindən kiçik tələbat fonunda tədarükün artması Avropa və Asiyada qaz bazarlarını çökdürüb. Belə ki, ilin ilk dörd ayı ərzində Avropanın TTF qovşağında orta qiymət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə aşağı düşüb, Yaponiyaya spot tədarükü isə 44 faiz azalıb.Artıq apreldə Amerikanın maye qazının Avropaya ixracı iqtisadi cəhətdən məqsədəuyğun olmayıb. Böyük Avropa və Asiya şirkətləri iyun-iyul müqavilələrini ləğv edib. "Bloomberg" agentliyinin məlumatına görə, apreldə ABŞ-ın maye qaz zavodlarından tədarük təxminən 30 faiz azalıb. Maya qədər ixracat üçdəbirdən çox azalıb. Enerji İnformasiya Agentliyinin iyun proqnozu son dərəcə bədbindir. Avropa və Asiyadakı alıcılar iyun, iyul və avqust ayları üçün maye qaz tədarükünü ləğv ediblər. ABŞ-ın dəniz terminallarına qaz tədarükü martın sonundan etibarən iki dəfədən çox azalıb.

Agentliyin analitikləri bildirir:"Avropa və Asiyada təbii və maye qazın qiymətlərinin aşağı olması qiymətlərə son dərəcə həssas olan ABŞ-dan ixracatın iqtisadi cəhətdən davamlılığını azaldıb". Onların hesablamalarına görə, iyunda ABŞ-dan Avropa və Asiyaya sutkada orta hesabla 101 milyon kubmetr qaz göndərilib. İyul və avqust aylarında isə bu, 62 milyon kubmetr olacaq. Bu, ixrac potensialının 25 faizindən azdır. Müştərilərin ABŞ qazından ən azı yayın sonunadək imtina edəcəyinə dair xəbərdarlıqlar təsdiqlənib. Amerikada altı maye qaz zavodu mayda istehsal yükünü 65 faizə endirib. "Platts Analytics" şirkətinin iyun icmalında deyilir ki, iyulun əvvəlində istehsal yükü 50 faiz və daha az olacaq.

Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, hazırda alıcıların Amerikanın maye qazına görə ödəməyə hazır olduqları məbləğ, hətta mayeləşdirmə və nəqliyyat üzrə əməliyyat xərclərini belə ödəmir. Əsas zərərçəkən Amerikanın ilk və ən iri "Sabine Pass" terminalıdır. 2016-cı ildən bəri bu zavod itkilərlə üzləşir. 2020-ci ilin ilk dörd ayı ərzində ABŞ-dan maye qaz ixracı sutkada orta hesabla 218 milyon kubmetr təşkil edirdisə, aprel-may aylarında bu rəqəm 17 faiz azalıb. Analitiklərin dediyinə görə, dünyada böyük yanacaq ehtiyatı toplanıb. Beynəlxalq maye qaz ticarəti çöküb və Amerikanın şist hasilatçıları üçün mühüm satış kanallarını bağlayıb. Neftin bir barrelinin qiymətinin yenə 40 dollara qalxmasına görə neftçilər hasilatı bərpa edib və hasilatın əlavə məhsulu kimi bazara çox ucuz qazı çıxarırlar. Avropada qiymətlərin düşməsi səbəbindən isə Amerikanın maye qazı artıq tələb olunmur. İndi xaricə satmaq əvəzinə maye qazı anbarlara vururlar.

"Goldman Sachs" hesablayıb ki, ixracın ləğv edilməsi səbəbindən Amerikanın ehtiyatları 21,52 milyard kubmetr artacaq. Ölkənin saxlama imkanları oktyabra qədər tükənə bilər ki, bu da qaz hasilatının və istehsalının rekord səviyyədə azalması ilə nəticələnəcək”.

Bütün bu qeyd edilənlərdən aydın görünür ki, indi ABŞ, eləcə də Rusiyanın Avropaya qaz satışı ciddi çətinliklə üzləşib. Amma bu halda Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” artıq başa çatmaq üzrədir və oktyabrdan etibarən Azərbaycan Avropaya yeni mənbədən qaz çatdıracaq yeganə ölkə olacaq.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ