08/08/2020 14:00
728 x 90

Cəmi 6 ayda Gömrük Komitəsinin 2 milyard yığımı – hədəfə necə nail olunub…

Natiq Cəfərli: “Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxil olma əsasən əlavə dəyər vergisi hesabına formalaşıb”

img

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 19,8 milyon manat olub. Açıqlanan statistik rəqəmlərə əsasən, 6 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 484 milyon 437 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 450 milyon 8 min manat, aksizlər üzrə 66 milyon 671 min manat, yol vergisi üzrə isə 18 milyon 702 min manat təşkil edib.

Cari ilin 6 ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard manatın hansı mənbələrdən daxil olduğunu öyrənmək üçün iqtisadçılara müraciət etdik.

  • “Pandemiya dövründə də ölkəyə kifayət qədər ərzaq və qeyri-ərzaq  məhsullarə gətirilir, gətirilən məhsullara da gömrük rüsumu ilə yanaşı, əlavə dəyər vergisi də hesablanır”

İqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, pandemiya ilə əlaqədar olaraq ötən illə müqayisədə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 faiz azalıb. Büdcəyə daxil olma əsasən əlavə dəyər vergisi hesabına formalaşıb: “Məlumdur ki, ölkəyə gətirilən mallara görə ƏDV ödənilir. Nəticədə isə büdcə daxil olmaları artır. Karantinlə bağlı sərhədlər vətəndaşlar üçün müvəqqəti olaraq  bağlıdır. Ancaq bununla yanaşı, mal və xidmətlərin dövriyyəsi davam edir. Pandemiya dövründə də ölkəyə kifayət qədər ərzaq və qeyri-ərzaq  məhsullarə gətirilir. Gətirilən məhsullara da gömrük rüsumu ilə yanaşı, əlavə dəyər vergisi də hesablanır”.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu xeyli artırılıb, gömrük işinin iqtisadi göstəriciləri və maddi-texniki resursları, informasiya təminatı yaxşılaşdırılıb,

Onu da vurğulayaq ki, vergi və gömrük sistemlərində səmərəli iqtisadi tədbirlər görülməsi hesabına əlavə gəlirlərin əldə olunması və büdcənin güclənməsi sosial islahatların gerçəkləşdirilməsinə əlverişli şərait yaradır.

Prezident İlham Əliyev dəfələrlə  çıxışlarında  vergi və gömrük orqanlarının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirib.

Günel CƏLİLOVA

Son xəbərlər