11/08/2020 22:43
728 x 90

Reklam müqavilələri artır, lakin pis tərəf – reklamda xidmət sektorunun payı da sürətlə artır...

Rəsul Cahangirli: “Azərbaycanda reklam bazarı o qədər də geniş inkişaf etməyib”

img

Qlobal reklam bazarı cari ilin sonunadək koronavirus pandemiyasının təsirindən əziyyət çəkəcək, lakin artıq gələn il sözügedən sahənin bərpa olunacağı gözlənir.

Məlum olub ki, bu il qlobal reklam gəlirləri 7% azalacaq – 582 milyard dollardan 540 milyard dollaradək. Küçə, televiziya, radio, çap reklamlarından, həmçinin, kinoteatrlarda reklamdan əldə olunan gəlirin 16% azalaraq 238 milyard dollar təşkil edəcəyi gözlənir. Rəqəmsal reklamdan (axtarış, video, sosial şəbəkələr, bannerlər) mütəxəssislər daha yaxşı dinamika gözləyirlər – 1% artımla 302 mlyard dollara qədər. Bu, əsasən, pandemiya səbəbindən istifadəçilərin daha çox vaxtını onlayn keçirməsi və smartfonlardan daha aktiv istifadə etmələri ilə əlaqədardır.

O da məlum olub ki, ötən il Azərbaycanda reklam xidmətlərinin həyata keçirilməsinə dair müqavilələrin ümumi sayı (13,527)  2018-ci ilə nisbətən 52,7% artıb. Ancaq maraqlıdır ki, ölkədə ən çox xidmət sektoru reklam olunur. Belə ki, reklam müqavilələrinin ümumi portfelinin 64,7%-i xidmət sektorunun payına düşür. Bu ilin 5 ayında da analoji tendensiya davam edib. Hansı ki, inkişaf etmiş və digər ölkələrdə bu dərəcədə böyük fərq yoxdur. Maraqlıdır, niyə Azərbaycanda reklam müqavilələrinin böyük hissəsi məhz xidmət sektorunun payına düşür?

  • “Digər tərəfdən, istehsalçı şirkətlər, nədənsə, reklama daha çox maraq göstərmirlər”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, xidmət bazarının daha çox çəkiyə malik olmasının bir neçə səbəbi var: “Məsələ ondadır ki, Azərbaycanda reklam bazarı o qədər də geniş inkişaf etməyib. Söhbət reklam bazarının dünya səviyyəsində təşkil olunmasından gedir. Digər tərəfdən, Azərbaycanda bazar balacadır. Adətən, daxili bazarı böyük olan ölkələrdə reklama maraaq güclü olur. Çünki güclü rəqabət bunu tələb edir. Bizdə rəqabətlə bağlı müəyyən çətinliklər var. Digər tərəfdən, istehsalçı şirkətlər, nədənsə, reklama daha çox maraq göstərmirlər. Başqa bir tərəfdən, reklam bazarının inkişaf etdirilməsi ilə bağlı bizdə çoxsaylı iş görülür. Bütün bu səbəblərdən reklam müqavilələrinin tərkibinə baxanda məlum olur ki, xidmət sektorunun payı daha çoxdur ”.

Belə görünür ki, Azərbaycanda reklam bazarı tam oturuşmayana qədər bu fərqlər qalacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər