Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan neft qiymətləri ilə bağlı daha bir mühüm təşəbbüsə imza atdı - OPEC+ formatının genişləndirilməsi...

Image


Dünya neft bazarlarında qiymətlərin koronavirus pandemiyası kimi təhdid qarşısında tab gətirməsində Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn OPEC+  formatının əhəmiyyəti kifayət qədər böyükdür. Məhz bu formatın aktiv gedişləri nəticəsində indi dünya bazarlarında neft qiymətləri qısamüddətli düşüşdən sonra yenidən 40 dollardan baha satılır. OPEC+ formatının fəaliyyəti genişlənəcəyi təqdirdə isə qiymətin 50 dollarlıq həddi də keçməsi tamamilə gözlənilən sayılır.

Indilikdə isə reallıq budur ki, Azərbaycanın iştirak etdiyi OPEC+ təşəbbüsü  2016-cı ildən bəri dünya bazarlarında neftin qiymətinin sabitləşməsinə xidmət edir. Rusiya, Azərbaycan, Qazaxıstan kimi ölkələrin iştirak etdiyi bu birləşmə, bu qrup artıq effektivliyini göstərə bilir. Indi tələb və təklif neftə olan qiyməti müəyyən edən əsas amildir. Amma buna baxmayaraq, "qara qızıl"ın qiymətlərinə dünyada baş verən hadisələr və hadisələrin yaratdığı gözləntilər də öz təsirini göstərir. Bu fonda da Azərbaycan, iri neft istehsalçılarından biri olmamasına baxmayaraq, OPEC+ çərçivəsində neft qiymətlərinin sabitləşməsinə öz mühüm töhfəsini verib və verməkdədir. Amma Bakı neft qiymətlərində istənilən nəticəni görmək üçün yeni təşəbbüs irəli sürərək OPEC+ formatının genişləndirilməsini də önəmli sayır. Energetika naziri Pərviz Şahbazov bu fonda qeyd edir ki, dünya ölkələri mövcud vəziyyətdə əməkdaşlığa və innovasiyalara daha açıq olmalıdır: “OPEC+ nəticəsində qəbul olunmuş qərarların icrasının sabit qalmasına nail olmalıyıq. Bu formatın genişlənməsini labüd hesab edirəm. Azərbaycan öhdəliklərinə sadiqdir və neft bazarında sabitlik proseslərinə töhfəsini davam etdirəcək. Indi isə digər iri neft istehsalçılarının cəlbi ilə OPEC+ formatının genişləndirilməsi vacibdir”.Nazir qeyd edib ki, ilin ikinci yarısı üçün neft tələbatının azalma tendensiyasının zəifləyəcəyi gözlənilir:“Lakin təəssüf ki, bu qeyri-müəyyənliklər mühitində tələbatın yaxın bir tarixdə tam bərpasını əminliklə söyləmək mümkün deyil. Müxtəlif qiymətləndirmələrə görə, neft bazarının sabitləşməsi üçün ən azı 2 il vaxt lazımdır. Düşünürəm ki, qeyri-ordinar situasiyada neft ölkələrinin üzərinə düşən əsas missiya əməkdaşlıq və həmrəylik əsasında OPEC+ formatının dayanıqlı və səmərəli mexanizm kimi fəaliyyətini, öhdəliklərin icrasını təmin etməkdir. Neft bazarında sabitlik bütün neft istehsalçılarının marağında olan məsələdir və bu baxımdan digər iri neft istehsalçılarının cəlbi ilə OPEC+ formatının genişləndirilməsi vacibdir. Öhdəliklərin icrasına gəldikdə isə, hesab edirəm ki, OPEC+ ölkələrinin iyul ayı daxil olmaqla üç aylıq performansı növbəti addımlar üçün baza olacaq. Azərbaycan öz öhdəliklərinə sadiqdir və müasir qlobal energetika sistemində aktiv rolunu davam etdirəcək”.

Ekspertlər də hesab edir ki, OPEC+ formatının digər hasilatçıların da bura qatılması ilə genişləndirilməsi olduqca vacibdir. Bu halda qiymətlərin tənzimlənməsi daha asan olacaq. ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” da bunu vacib sayır və diqqəti ona yönəldir ki, cari ildə qlobal neft tələbatı əvvəlki illə müqayisədə 8 faiz azalacaq:“İyunda qlobal neft tələbatı keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz aşağı düşüb. Çin və Hindistan kimi böyük iqtisadiyyatlardakı canlanma isə neftə olan tələbatı artırıb. Dünya ölkələri karantin tədbirlərini yumşaldıqca benzin və digər yanacaqlara tələbat çoxalacaq. Aviasiya yanacağı istehlakı isə hava nəqliyyatından istehlakçı etimadından asılıdır. COVID-19-un “ikinci dalğası” qlobal neft tələbatına və istehlakına mənfi təsir göstərə bilər”. Amma OPEC+ formatının genişləndirilməsi mümkün olsa, neft qiymətlərində istənilən nəticə əldə oluna bilər. Amma onu da qeyd edək ki, Azərbaycanda həyata keçrilən islahatlar ölkənin neft amilindən asılılığını da azaldır. Bunu “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi də təsdiq edir.

Qurumun bu günlərdə yaydığı hesabatda bildirilir ki, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan, Qətər böyük suveren aktivləri və xarici valyuta ehtiyatları sayəsində koronavirus pandemiyası nəticəsində dünya bazarında neftə tələbatın və qiymətlərin azalmasını sovuşduracaq. Neftin ucuzlaşdığı dövrdə neft ixracatçısı ölkələrin vəziyyətilə bağlı agentliyin hesabatında bildirilir:“Sarsıntını sovuşdura bilmələri siyasətə düzəliş vermə bacarığından və nə qədər dayanıqlı olmalarından asılıdır. Bu ölkələr ən azı sarsıntıya tab gətirmək üçün məxariclərini azalda bilər. Digər tərəfdən, Oman, İraq kimi dərin və uzun çəkə bilən sarsıntılara uyğunlaşma bacarığı məhdud olan, habelə Bəhreyn kimi likvidliyin artan təzyiqinə məruz qalan, az dayanıqlı olan dövlətlər daha böyük risqlə üzləşir”. Sənəd müəlliflərinə görə, karbohidrogen istehsal edən bir çox ölkələr daha əvvəl neftin bahalaşdığı dövrlərdə topladığı aktivlər sayəsində daha uzun müddət neftin ucuz olacağı dövrlərdə nisbətən dayanıqlı ola bilər:“Bu da ölkənin valyuta ehtiyatları dövlət borcunu xeyli üstələdiyi, bu borcu və büdcə kəsirini ödəmək üçün əl verdiyi təqdirdə özünü daha çox doğruldur”. Qeyd edilir ki, 2019-cu ildə Azərbaycanda, BƏƏ-də, Qazaxıstanda və Qətərdə valyuta ehtiyatları dövlət borcunu xeyli üstələyib, Səudiyyə Ərəbistanının dövlət borcunun 100 faizinə, Rusiyanın dövlət borcunun isə 50 faizinə bərabər olub. Bunlardan aydın görünür ki, Azərbaycan neft hasilatçıları içində əlverişli mövqedədir. Digər tərəfdən, Azərbaycanın istədiyi kimi OPEC+ formatının digər hasilatçıların hesabına genişləndirilməsi, ölkəmiz də daxil olmaqla, bütün istehsalçılar üçün sərfəli qiymətlərin formalaşmasına ciddi təsir göstərmək iqtidarındadır.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ