Bağlanmış banklar tərəfindən qanunsuz yolla qəbul olunmuş əmanətlərlə bağlı araşdırma aparacaq

Azərbaycanda ləğv edilmiş banklar tərəfindən qanunsuz yolla əldə edilmiş əmanətlər müvəqqəti bloklanır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fond bu əmanətlərlə bağlı araşdırma aparacaq və bu məsələni vətəndaşların xeyrinə həll etməklə qanunsuz qəbul olunmuş əmanətləri qaytaracaq.