11/07/2020 06:32
728 x 90

"Prezident İlham Əliyevin bütün fikirləri dövlətimizin pandemiya ilə mübarizə hədəflərindən bir addım da geri çəkilmədiyini göstərdi" - Aydın Quliyev

img

Prezident İlham Əliyevin Gəncədə etdiyi çıxışlar pandemiya dövründə Azərbaycanda müxtəlif sahələrdəki real vəziyyəti qiymətləndirmək və dövlət siyasətinin bütün istiqamətlərdəki nəticələrini dəyərləndirmək üçün geniş materiallar verir.

Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bir daha bütün ictimaiyyət və dünya şahidi oldu ki, Azərbaycanın koronavirusla mübarizəsi məqsədyönlü, qabaqlayıcı, konkret hədəflərə yönəlmiş, səmərəli və praktik xarakter daşıyan sistemli bir modeldir: "Növbəti dəfə Prezident cəmiyyətə əsaslı mesajlar verdi ki, Azərbaycan cəmiyyətini və insanlarımızı dünyanın başqa bütün ölkələri ilə müqayisədə nisbətən ən yaxşı səviyyədə qoruya bilməyimiz məhz həyata keçirilən ardıcıl tədbirlərin sayəsində mümkün olub.

Prezidentin bütün fikir və mülahizələri dövlətimizin pandemiya ilə mübarizə hədəflərindən bir addım da geri çəkilmədiyini, mübarizənin zəifləmədiyini və hər gün güclənərək yeni üsul və forma axtarışları ilə təkmilləşdirildiyini nümayiş etdirdi. Hər kəs görür ki, Azırbaycanda pandemiya ilə belə ardıcıl, dinamik artan və get-gedə daha mütəşəkkil aparılan mübarizə yalnız inamdan, xalqın taleyinə və sağlamlığına olan dərin mısuliyyət hissindən yaranır.
Prezidentin "dövlət öz üzərinə düşən hər şeyi edir və edəcək" bəyanatı həm görülmüş işlərin hüquqi məzmununa, həm də bu mübarizə kursunun inamla davam etdiriləcəyinə yetərli təminat yaradır" .

Baş redaktor bildirib ki, karantin qaydalarının sərtləşdirilməsinin zəruriliyi barədə Prezidentin sözləri vətəndaşlarımızı daha məsuliyyətli olmağa yönəltmək baxımından təsirlidir: "Çünki qaydaların sərtləşdirilməsinin zəruruliyini göstərən əsaslar və səbəblər Prezident tərəfindən səmimi, detallı və ictimai yanğı ilə izah edildi.

Diqqət çəkən məqamlardan biri odur ki, Prezident pandemiya ilə mübarizənin daha səmərəli nəticələr verməsi üçün dövlət nəzarəti ilə ictimai qınaq üsullarının birləşdirilməsinin güclü bir vasitə olduğunu dəqiq ifadə etdi. Həqiqətən də hər bir vətəndaş Prezidentin dediyi haqlı iradlardan təmkinli nəticə çıxarmalı və özünə sual verməlidir ki, küçələrdə maska taxmayan, məsafə saxlamayan bir vətəndaşa niyə bunu irad tutmasın və belə davranışın hamı üçün təhlükəli olduğunu xatırlatmasın?!

Prezident Azərbaycan cəmiyyətinə pandemiya ilə mübarizənin bundan sonrakı vəziyyətinin məhz əsasən insanların davranışlarından asılı olacağını aydın şəkildə göstərdi. "Maska taxmaq nə çətin məsələdir" formasında Prezidentin göstərdiyi yol hər kəsin nəticə çıxarmalı və əməl etməli olduğu çıxış yoludur.

Karantin qaydalarının və cəzaların sərtləşdirilə biləcəyi barədə Prezidentin xəbərdarlığı cəmiyyəti daha məsuliyyətli olmağa və birlik nümayiş etdirməyə yönəldir. Eyni zamanda cəmiyyətimizi qorumaq üçün daha sərt qaydaların tətbiq oluna biləcəyini göstərir.
Hətta ən ağır vəziyyətdə belə Prezident dövlətimizin sosial strategiyasının dəyişilməz qalması üçün gərəkli olan hər şeyin ediləcəyini bir daha hamıya söylədi. Prezidentin "pandemiyanın hansı vəziyyətdə olmasından adılı olmayaraq ilin sonunadək əhalinin sosial vəziyyəti dəyişməyəcək" fikri həm inamdan, həm də seçilmiş sosial strateji xəttin davam etdiriləcəyindən xəbər verir".

Son xəbərlər