Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan dünya dövlətləri arasında pandemiyadan daha az zərər çəkən ölkələr sırasında...

Image


Hələ də səngiməyən koronavirus pandemiyası dünya iqtisadiyyatını sarsıtmaqda davam edir. Verilən proqnozlar pandemiyanın qlobal iqtisadiyyat üçün mənfi nəticələrinin gözlənildiyindən də yüksək olduğunu üzə çıxarır. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) son hesabatında bu fonda bildirilir ki, bu ilin ilk rübündə koronavirus pandemiyası ilə əlaqədar qlobal ticarət 3% azalıb. Amma ikinci rübdə azalma rekord həddə - 18,5% təşkil edə bilər:

“Hazırda müşahidə etdiyimiz ticarətin tənəzzülü tarixən ən böyüyüdür. Bəlkə də bu günə qədər olan ən kəskin azalma yaşandı. Ancaq müsbət məqam budur ki, hər şey daha da pis ola bilərdi. Hazırda qəbul edilən siyasi qərarlar pandemiyanın istehsal və ticarətə təsirini azaltmaq üçün çox vacibdir. İstehsal və ticarətin 2021-ci ildə sürətlə bərpa olunması üçün maliyyə, pul və ticarət siyasəti eyni istiqamətdə hərəkət etməlidir”. Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” pandemiyanın təsiri ilə bu il dünyanın ən böyük iqtisadiyyatlarının ciddi zərər gördüyünü bildirir. Qurum “Böyük iyirmiliyə” daxil olan ölkələrin iqtisadiyyatlarının 4,6% kiçiləcəyini proqnozlaşdırır. Bu il ABŞ iqtisadiyyatının 5,7%, avrozona iqtisadiyyatının isə 8,5% kiçiləcəyi proqnozlaşdırılır. Çində də artıq iqtisadi geriləmə başlanıb.

Araşdırmalar bir çox ölkələrə nisbətdə Azərbaycanın iqtisadi itkilərinin daha az olacağını göstərir. Xüsusən də özəl sektora dövlət dəstəyi nəticəsində Azərbaycanın itkilərinin daha az olması, gələn il isə dinamik iqtisadi artımın olması gözlənilir. “Moody’s” növbəti ildə ölkəmizdə ən azı 3 faizlik iqtisadi artım proqnozlaşdırır. Burada özəl sektora dəstək yenə mühüm əhəmiyyət kəsb edir. Bu arada özəl sektor üçün hökumət yeni mühüm addımlar atır. Məsələn, pandemiya dövründə müvəqqəti vergi rejiminin qəbulu nəticəsində verginin "0" dərəcəsində tutulmasının əhatə dairəsi genişləndirilir. Artıq müvəqqəti vergi rejiminin əhatə dairəsi bir sıra yeni sahələrdə müəyyənləşdirilib. Məsələn, əmlak və torpaq vergisindən azadolmalar və mənfəət vergisindən güzəştlər müəyyənləşdirilib, sadələşdirilmiş sistem üzrə verginin azaldılması təmin edilib. Bütövlükdə, sosial sığorta haqları ilə bağlı diferensasiyalar həyata keçirilib. Belə ki, bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub. Bu, fiziki şəxslərin dəstəklənməsi, kredit ekspansiyası və maliyyə dayanıqlığının dəstəyi üzrə tədbirlərdir. Sığorta sistemi üzrə də kompleks tədbirlər nəzərdə tutulub və artıq kapital bazarlarına dəstək tədbirlərində həyata keçirilməsinə başlanıb. Bundan əlavə, dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub. Bu fonda sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək.  Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq.  
Qeyd edək ki, pandemiya dövründə fəaliyyəti dayandırılan sahibkarlara ilk mərhələdə konpensasiyalar ödənilib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, pandemiyadan zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi proqramının icrası çərçivəsində 80 milyon manat yardım ayrılıb. Milli Məclisin deputatı Vüqar Bayramov da qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən hazırlanan iqtisadi paket sahibkarlara həm də kreditlər sayəsində dəstəyin nümayiş etdirilməsini nəzərdə tutur. Sahibkarlara dəstək iki formada həyata keçiriləcək:”Təsdiq olunmuş paketə əsasən, martın 10-dək pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarların aldıqları kreditlərə 10 faiz subsidiya tətbiq olunacaq. Nəzərə alsaq ki, real sektorda orta kredit faizi 12 faizdir, bəzi hallarda bu 14 faizə çatır. Nəticədə alınan kreditin 14 faizi ilk faizlə alınıbsa, onun 10 faizini dövlət subsidiya edəcək, 4 faizini sahibkar qaytaracaq. Əgər 12 faizlə kredit alınıbsa, onun 10 faizini dövlət subsidiya edir, 2 faizini sahibkar ödəyəcək. Nəticədə bu, sahibkarın kredit xərclərinin azalmasına gətirib çıxaracaq. Söhbət 1 milyard manatlıq kreditə 10 faizlik subsidiyanın verilməsindən gedir. Bu istiqamətə 100 milyon manat vəsait ayrılacaq. Bu da imkan verəcək ki, sahibkarlar kredit öhdəliklərini pandemiya dövründə yerinə yetirməkdə çətinliklərlə rastlaşmasınlar. Sahibkarlara bu istiqamətdə həm də vergi güzəştləri tətbiq olunur. Bu da birbaşa sahibkarların xərclərini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən, sahibkarlara 500 milyon manatlıq güzəştli kredit təklif olunur ki, bunun da 60 faizinə dövlət zəmanət verəcək. Bu imkan verəcək ki, pandemiyanın təsir etdiyi sektorda çalışan sahibkarlar həmin güzəştli kreditlərdən birbaşa faydalana bilsinlər. Bu da onlara kredit əldə edərək öz fəaliyyətlərini genişləndirmək imkanı verəcək. İki formada tətbiq edilən kredit güzəştləri sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi məqsədi daşıyır. Onların kredit resurslarına çıxış imkanları, kredit xərclərinin azalmasına xidmət edir. Bu da ondan xəbər verir ki, pandemiya dövründə sahibkarların birbaşa dövlət maliyyəsi ilə yanaşı, onların xərclərinin azaldılması, eyni zamanda, kredit resurslarına çıxış imkanlarının artırılmasını özündə əks etdirən paket icra olunur”. 

Xatırladaq ki, Azərbaycanda pandemiya ilə bağlı iqtisadiyyata ümumi dəstək paketi 3,5 milyard manat həcmindədir. Dövlətin borc strategiyasına əsasən xarici borcun bir hissəsinin daxili borcla əvəzlənməsi, hətta Asiya İnkişaf Bankı  kimi investorların manatla borc verməsi isə Azərbaycanın indiki halda manevr imkanlarını artırır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ