Azərbaycandaha bir möhtəşəm yarışı təşkil etmək hüququna yiyələnib. Apasport.az saytınınməlumatına görə, ölkəmizin paytaxtı Bakı final mərhələsi 2020-ci ildə təşkilolunacaq Avropa çempionatına ev sahibliyi edəcək.
Buqərarı UEFA-nın İcraiyyə Komitəsi yığıncağında verib. İsveçrənin Cenevrəşəhərindəki "Espace Hippomene” Sərgi Mərkəzində keçirilən iclasda AVRO-2020-niqəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib.
AFFA-nınprezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştiraketdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen(Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma(İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq(Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika)şəhərlərində keçiriləcək.
Bunlardan4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalıqəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baştutacaq.
Qaydalaraəsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbolturnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrupmərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünütəşkil etmək hüququ verilib.
BöyükBritaniyanın paytaxtı Londonisə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həllediciqarşılaşma "Uembli” stadionunda keçiriləcək. Namizədliyi verilən şəhərlərdənMinsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim(İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşmayıb.
AVRO-2020-ninfinal mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdənazad olmayacaq.