"Qalatasaray" Droqbanın yerinə Pandevi gətirir
.jpg?v=1520254601)
"Qalatasaray" klubu ötən mövsümün sonunda komandadan ayrılan Didye Droqbaya əvəzləyici tapıb. Qol.Az-ın "Calciomercato"ya istinadən verdiyi məlumata görə, "Cim Bom" "Napoli"nin hücumçusu Qoran Pandevə "elçi" düşüb. "Napoli"nin makedoniyalı futbolçu ilə yollarını ayırmaq istəməsi "Qalatasaray"ı hərəkətə keçirib. İstanbul təmsilçisinin baş məşqçisi Çezare Prandelli 31 yaşlı futbolçunu komandasında görmək istəyir. "Qalatasaray"ın Pandevlə 3 illik müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Pandev 2012-ci ildə "İnter"dən "Napoli"yə transfer olunub.