"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "İnter"lə oyunda üzləşdiyi haqsızlığa Çexiyada yaşayan həmvətənlərimiz qəribə reaksiya veriblər.
Futbol11.az-ın verdiyi xəbərə görə, həmvətənlilərimiz Çexiya Futbol Federasiyasına "hədiyyə" göndərib. Həmin hədiyyə paketinin içərisində isə -4 ölçülü eynək olub. Onun hakim Zelinkaya təqdim olunması xahiş edilib. Bununla da, həmyerlilərimiz hakimin gözünün "kor" olmasını Çexiya Futbol Federasiyasının rəhbərliyinə də bildirmək istəyib.