AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisini təsdiqlədi. Trend xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında milli komandanın baş məşqçisi postuna Robert Prosineçki təsdiqlənib.Onunla üç il müddətinə müqavilə imzalanıb. O, bu vəzifədə Berti Foqtsu əvəzləyib.
Jurnalistlərə açıqlama verən AFFA-nın İcraiiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb. "Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır”.
İ.Cavadov müqaviləyə əsasən, R.Prosineçkinin Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacağını da deyib. O qeyd edib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən, Azərbaycanda yaşayacaq.