AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüş keçirib.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Abdullayev Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da "Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.