30/10/2020 08:26
728 x 90

Azərbaycan milli komandası bu dəfə italiyalı baş məşqçiyə tapşırıldı

img

AFFA-nın İcraiyyə Komitəsi italiyalı mütəxəssis Canni De Byazinin Azərbaycan milli komandasının baş məşqçisi təyin edilməsi barədə qərar qəbul edib. Bu arədə “İnterfaks-Azərbaycan”a AFFA-dan məlumat verilib.

“AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanacaq. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilir. Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunub”, - AFFA-dan qeyd edilir.
Yerli mətbuatın məlumatına görə, Canni De Byazi ilə 1,5 il müddətinə müqavilə imzalanacaq.

Son xəbərlər