Prezident İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusıy və digər rəsmi şəxslər qarşılayıb.