Fransa parlamentinin deputatı, Fransa-Ermənistan dostluq qrupunun üzvü Lyuk Karvuas prezident Fransua Makrona çağırış edib.
Baki-xeber.com-un xəbərinə görə, prezidentə müraciətində o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Parisdə I Dünya müharibəsinin bitməsinin 100 illiyinin qeyd olunacağı tədbirə dəvət etməməyə çağırıb. Bildirib ki, Ərdoğanın bu tədbirldə iştirakı, guya həmin dövrdə Türkiyədə genosidə uğramış ermənilərin ruhuna sayğısızlıq olar.
Xəbərə görə, bu barədə parlamentari özünün “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, noyabrın 11-də Parisdə I Dünya müharibəsinin bitməsinin 100 illiyinə həsr olunmuş mərasim keçiriləcək.