ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton mənim adımdan danışa bilməz.
Baki-xeber.com-un lragir.am saytından əldə etdiyi xəbərə görə, bu sözləri Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib. Boltonun Ermənistanda dekabr seçkilərinin ardından Qarabağ nizamlanması üzrə qəti addımlar atıla biləcəyilə bağlı fikirlərini şərh edən Paşinyan deyib ki, hər kəs yalnız öz adından danışa bilər:”Con Bolton və ya kimsə mənim adımdam danışa bilməz”.
O qeyd edib ki, ola bilər seçkilər münaqişənin həlli ilə bağlı hansısa imkanlar açsın. “Lakin mən dəfələrlə demişəm ki, Artsax və Ermənistan xalqı üçün qəbuledilməz olan heç bir variant alınmayacaq”- deyən Paşinyan bildirib ki, Qarabağ mövzusu Ermənistan, “Artsax” və diaspora üçün həssas, həmçinin ümummilli məsələdir. “Öncə onlar Qarabağ məsələsini özəlləşdirdilər, indi də xalqı və məni özəlləşdirmək istəyirlər, həm də fikrimi sormadan”- deyən Paşinyan qeyd edib ki, Vyana və Sankt-Peterburq anıaşmaları hələ yaddan çıxmayıb.
Maraqlıdır ki, Boltonun fikirləri Ermənistanda seçkisonrası mümkün perspektivləri əhatə etsə də, Paşinyan artıq seçkini qazanmış kimi danışır və özünü ölkənin yiyəsi kimi aparır ki, bu da dekabr seçkilərinin şəffaf keçiriləcəyi barədə indidən əsaslı şübhələrə yol açır.