çərşənbə axşamı günü, 18 avqust 2026
     

Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə KİV rəhbərlərinin görüşü keçirilib - FOTO

Image


Azərbaycan Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə görüş keçirilib. Görüş «İslam əməkdaşlığı: media tolerantlıq və fikir azadlığının qarantı kimi» mövzusuna həsr olunub. Tədbirdə MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

Mətbuat Şurasından “Bakı-Xəbər”ə verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqları salamlayaraq onlara Azərbaycan haqqında, eləcə də rəhbərlik etdiyi qurumun missiyası barədə geniş məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurası sıralarında 200-dən çox media qurumunu birləşdirir. Şuranın başlıca fəaliyyəti şikayətlərin araşdırılması ilə bağlıdır: «Azərbaycan Mətbuat Şurası ümumən ölkə jurnalistlərinin monolit təşkilatı kimi qəbul edilir. Buna görə də onun fəaliyyəti media cameəsini düşündürən ən müxtəlif məsələlərlə bağlı olur. Mövcud xüsusda KİV-lə bağlı qanunvericilik təşəbbüslərinə dəstək göstərməkdən tutmuş jurnalist hüquqlarının qorunmasınadək bir sıra məqamları vurğulamaq mümkündür. Mətbuat Şurası, habelə, Azərbaycan KİV-lərinin xarici KİV-lərlə münasibətlərində bir növ, əlaqələndirici kimi də çıxış edir. Biz istəyirik ki, jurnalistlərimizin əcnəbi həmkarları ilə təmasları daha sıx olsun. Bu, həm təcrübə mübadiləsinin gücləndirilməsi, həm də ölkəmizlə bağlı həqiqətlərin təbliği baxımından son dərəcə vacibdir. Həqiqət isə bundan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı sürür. Torpaqlarımıza təcavüz Ermənistan tərəfindən həyata keçirilib. Siz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oldunuz. Həmin kənd işğaldan azad edilib. Biz ümumən işğal faktına lazımi hüquqi qiymətin verilməsini, işğalın sona çatmasını istəyirik. Bunun üçünsə həm də dəstəyinizə, peşə prinsipiallığınıza ehtiyacımız var. İslam ölkələri jurnalistlərinin həmrəyliyi həm də ona görə vacibdir ki, dünyada müsəlman aləminə qarşı təzadlı münasibət hökm sürməkdədir. İslamafobiya baş alıb gedir. İslam dünyasını gözdən salmağa yönəlmiş belə mənfi təmayüllərlə mübarizədə birliyimiz mütləqdir», - deyə Ə.Amaşov vurğulayıb.

Ərəb ölkələrindən olan jurnalist qonaqlar Mətbuat Şurasının funksiya və vəzifələri, Azərbaycanda medianın strukturu, statistikası, fəaliyyət dairəsi barədə çoxsaylı suallar ünvanlayıblar. Çıxışlarda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyasının İslam ölkələrindəki media orqanlarının birgə əməkdaşlığı baxımından etibarlı və işlək platforma olduğu vurğulanıb. Mövcud istiqamətdə qarşıda duran vəzifələrə nəzər salınıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə əməkdaşlığın daha da dərinləşməsi üçün qarşılıqlı jurnalist səfərlərinin təşkilinin əhəmiyyətini əsaslandırıb.

MŞ İdarə Heyətinin digər üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev isə çıxışında diqqəti müxtəlif hadisə və proseslərə nəzərən bütövlükdə İslam dünyasına yönəlmiş antipatiyanın müxtəlif detallarına yönəldib: «Sizlər də xəbərdarsınız, bir müddət öncə dünyaya səs salan hadisə baş verdi. Jurnalist xüsusi amansızlıqla qətlə yetirildi. Təbii ki, məsələ araşdırılacaq və günahkarlar müəyyənləşdiriləcək. Bir, üç, beş aya, hələ məlum deyil. Ancaq bu müddətdə İslam dünyasına qarşı total mənfi təbliğat hücumu var. Düşünürəm ki, biz jurnalistlərin vəzifəsi birlik olub əsl həqiqətlər üzə çıxanadək belə yanlış yönləndirmələrin qarşısını almaqdır», - deyə o əlavə edib.

Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə söz və ifadə azadlığının müxtəlif təzahür formaları, internet medianın və sosial şəbəkələrin rolu, həmçinin jurnalistlərin sosial statusu ətrafında geniş söhbət aparılıb.

Qeyd edək ki, ərəb ölkələrindən olan jurnalist heyəti ölkəmizdə səfərdədir. Heyətə İslam Əməkdaşlıq Təşkilatı İnformasiya Agentlikləri İttifaqının baş direktor müavini Zayid Abdullah, həmin qurumun koordinatoru Hazem Seyid, təşkilatın mətbuat xidmətinin əməkdaşı Cihan Felemban, həmçinin Səudiyyə İnformasiya Agentliyinin (SPA) Mədinə ofisinin direktoru Əbdürrəhim Ə-Zəmani, Oman İnformasiya Agentliyinin (ONA) baş redaktoru Qeys Əl-Farsi, Bəhreyn İnformasiya Agentliyinin (BNA) baş redaktorunun müavini Əbdürrəhman Rəşid, Misirin Yaxın Şərq İnformasiya Agentliyinin (MENA) baş redaktor müavini Əli Hüseyn, Tunisin Afrika Xəbər Agentliyinin (TAP) baş redaktor müavini Səlma Bin Kilani, Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyinin baş redaktoru Səud Əl-Cneibi daxildir. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:00
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ