Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirdi

Image


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 24 oktyabr 2018-ci il tarixdə fəaliyyətinin ilkin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.

Aİİ-nin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, Azərbaycan Mətbuat Şurasının sədri və üzvlərinin, aparıcı media qurumları rəhbərlərinin, jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında Aİİ-nin təsis edildiyi vaxtdan hazırkı dövrə qədər olan fəaliyyəti, ilk tədris ilinə hazırlıq, reallaşdırdığı layihələr və gələcək perspektivlər barədə məlumat verilib.

Aİİ rektoru Ceyhun Məmmədov tədbiri giriş nitqi ilə açaraq, mətbuat konfransının məqsədinin İnstitutun fəaliyyəti ilə tanışlıq, görülən işlər, gələcək planlarla bağlı məlumatlandırma xarakteri daşıdığını bildirib. Rektor Aİİ-nin yaradılması, məqsədi, vəzifələri, hədəfləri, fəaliyyəti ilə bağlı açıqlama verib.

Azərbaycanda din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən C.Məmmədov ulu öndərin misilsiz xidmətlərinə görə İnstitutda Heydər Əliyev adına təqaüdün təsis olunduğunu diqqətə çatdırıb. Rektor daha sonra qeyd edib ki, hazırda Prezident İlham Əliyev bu siyasəti qətiyyətlə və böyük uzaqgörənliklə davam etdirir, dövlət-din sahəsinə xüsusi qayğı göstərir.

Aİİ-nin yarandığı qısa müddət ərzində fəaliyyətinin təmin olunması üçün təhsil standartları, təhsil planının hazırlandığını, kadr təminatının həyata keçirildiyini vurğulayan rektor bildirib ki, hazırda İnstitutda 1fakültə - İlahiyyat, 3 kafedra – İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər fəaliyyət göstərir. Rektor çıxışına davam edərək qeyd edib ki, Aİİ-də qəbul üzrə ayrılmış plan yerləri 100 faiz dolub və ali təhsil ocağında 103 tələbə təhsil alır.

Vurğulanıb ki, İnstitutun qarşısına qoyduğu əsas məqsədlərdən biri zəngin dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanmasıdır. Daha sonra qeyd olunub ki, İnstitut, tədrislə yanaşı, ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində də fəal iştirak edir. Bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, treninqlər, görüşlər təşkil edilib. C.Məmmədov bildirib ki, bütün bu proseslərlə yanaşı, İnstitut xaricdə fəaliyyət göstərən dini təhsil müəssisələrinin fəaliyyətini öyrənir və Azərbaycan reallığına uyğun olanları ölkəmizdə tətbiq etməyə çalışır.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Aİİ-nin mediaya açıq olmasını təqdir etdiyini bildirib. İnstitutda fəaliyyətlə və tanışlıqla bağlı mətbuat konfransının keçirilməsinin vaxtında atılmış zəruri addım olduğunu bildirən Şura sədri bütün media qurumlarını Aİİ-yə informasiya dəstəyi verməyə çağırıb.

Azərbaycanda iki milli dəyərin – türkçülük və islami dəyərlərin əsas götürüldüyünü vurğulayan millət vəkili qeyd edib ki, biz hər iki qanadı sağlam saxlamağı bacarmalıyıq. Ə.Amaşov bildirib ki, biz nəinki İslamı dərindən öyrənməli, ümumiyyətlə, dünya dinləri ilə bağlı geniş bilgilərə də malik olmalıyıq. Ölkədə dini maarifləndirmənin çox vacib olduğunu vurğrlayan Ə.Amaşov bildirib ki, xüsusi dini təhsil verən müəssisələr ilə yanaşı, ölkədə mövcud olan bütün universitetlərdə, orta məktəblərdə də dini təhsilin tədrisi zəruridir. Bu mənada, Aİİ-nin yaradılmasının vaxtında verilmiş düzgün qərar olduğunu xatırladan millət vəkili Azərbaycan İlahiyyat İnstitutunun üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edib. O vurğulayıb ki, yeni İnstitutun milli kadrlar hazırlayaraq dini xurafat, fikir ayrılığı kimi bəzi təzadların aradan qaldırılmasında xüsusi rolunun olacağına inanır.

“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu ölkəmizin mürəkkəb coğrafiyada yerləşdiyini, Azərbaycanda tarixən bütün dinlərin mövcud olduğunu və multikulturalizmin əsasının məhz buradan qaynaqlandığını bildirib. Dinin ilahi vasitə olmaqla yanaşı, həm də çox zaman manipulyasiya aləti kimi istifadə edildiyini vurğulayan H.Babaoğlu Aİİ-nin fəaliyyət fəlsəfəsinin əsasında bu məsələlərin nəzərə alındığını bildirərək, ölkə Prezidentinin Sərəncamı ilə belə bir İnstitutun yaradılmasının zəruriliyini bildirib.

“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə dinin strateji məsələ olduğunu və Aİİ-nin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. V.Rəhimzadə Aİİ-nin milli adət-ənənələrə bağlı yüksəkixtisaslı kadrlar yetişdirərək, dövlət-din siyasətinə, islami dəyərlərə, multikulturalizmə verəcəyi töhfələrlə Azərbaycanın öz din modelinin daha da möhkəmləndirilməsinə müvəffəq olacağına inamını vurğulayıb.

Çıxış edənlərdən “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Azər Həsrət, “Trend” İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, “525-ci qəzet” in Baş redaktoru Rəşad Məcid, “Olaylar” qəzetinin Baş redaktoru Yunus Oğuz, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı Azərbaycanda dövlət-din siyasətindəndanışaraq, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının çox vacib addım olduğunu vurğulayıblar. Natiqlər dini təhsilin verilməsində milli-adət ənənələrimizə sadiqliyin, bəşəri dəyərlərin, dini dözümlülüyün və elmiliyin aşılanmasının əsas olduğunu bildirərək, Aİİ-nin öz təhsil standartlarında və tədris prosesində bu cəhətlərə xüsusi diqqət ayırmasını təqdir edib, təhsil müəssisəsinə fəaliyyətində uğurlar arzulayıblar.

Bir sıra vacib təkliflərin səsləndirildiyi mətbuat konfransı İnstitutla ümumi tanışlıqla başa çatıb.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində fəaliyyətinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə başlayan İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.

Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ