Cümə günü, 16 oktyabr 2026
     

Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi - FOTO

Image


Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Oksfordun şərəf tarixinə - Klarendon arkasına həkk olundu.

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib.

Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvət məktubu ilə oktyabrın 11-də professor Nərgiz Paşayeva Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik xüsusi mərasimində həmin şərəfli titulu qəbul etmək üçün iştirak etdi. Bununla yanaşı, diqqətləri çəkən və Oksford Universiteti tarixinə yazılan bir qərarın seremonial icrası da baş tutdu. Belə ki, Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında (www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) Xatirə Lövhəsinə həkk olundu.

Oksford Universitetinin dəyər verdiyi tərəfdaşlarını daimi tanıtdırmaq ənənəsi var. Bu tarixi ənənəyə əsasən, XIV əsrdən başlayaraq universitetin birinci dərəcəli binası, onun qəlbi sayılan tarixi əhəmiyyətli məhşur Bodleyn Kitabxanasının (www.bodleian.ox.ac.uk) girişində yerləşən Klarendon arkasında (www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) universitetin ən alicənab xeyriyyəçilərinin və dünyada tanınmış insanların adları həkk edilir. Bu tarixi bina 1711-1715-ci illərdə Nicholas Hawksmoor tərəfindən tikilib. Bina ilk vaxtlar Oksford Universitetinin Mətbuat evi üçün nəzərdə tutulmuşdu. İndi burada Bodleyn kitabxanasının bir hissəsi yerləşir. Klarendon binasının adı İngiltərədə qeydə alınmış tarixi binaların siyahısında ilk sıralardadır. Binanın bir hissəsi Lord Klarendon tərəfindən maliyyələşdirildiyi üçün onun şərəfinə adlandırılıb. İndiyədək Klarendon arkasında Universitetin ən görkəmli xeyriyyəçilərinin adları həkk edilib. Burada Oksford və dünya tarixində ən tanınmış şəxslərin - Ser Tomas Bodley, Ülyahəzrət Kraliça I Elizabeth, John Radcliff, William Camden, I Kral Charles, Elias Ashmole, I Kral George, George Aldrich, Joseph Boden, Anne Kennicott, Ser Robert Taylor, John Hall, Charlotte Sutherland, John Ruskin, Rebecca Flower Squire, Christopher Welch, Henry Wilde, The Rhodes Trust, The Rockefeller Fondu, Sir Arthur John Evans, The Ford Fondu, The Bernard Sunley Xeyriyyə Fondu, Institute of Transport, Action Research, Cancer Research Campaign, Fereydoun Soudavar, British Petroleum kimi şirkətlərin adları qeyd olunub. Müasir dövrə aid olan Weston Ailəsi, Professor Richard Diebold Jr., Ser Ronald Cohen, Leonard Blavatnik kimi məşhurlar da daxil olmaqla 230 nəfər görkəmli alim, ictimai xadim və nüfuzlu təşkilatların adları xatirə lövhəsinə əbədi olaraq yazılıb. 2018-ci il oktyabrın 11-dən etibarən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı da dünyada tanınmış məşhurlarla yanaşı, Oksford Universitetinin Klarendon Arkasına həkk edildi.

Qürurla qeyd olunmalıdır ki, Oksford Universitetində xüsusi xidmətləri olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) yaranmasının təşəbbüskarı və rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsində rəsmən daimi təmsil olundu. Beləliklə, həmyerlimiz professor Nərgiz Paşayeva son reytinqə görə dünyanın birinci ali məktəbi sayılan Oksford Universitetinin tarixində xüsusi xidmətləri olan alimlərdən, ictimai xadimlərdən və nüfuzlu təşkilatlardan ibarət Kanslerin Xeyriyyəçilər Komitəsinə üzvlüyə qəbul edilən və universitetin xüsusi mantiya və qızılı ipli baş geyim dəsti ilə təltif edilən ilk azərbaycanlı oldu. Universitet tarixində xüsusi xidmətləri olan alimlərə verilən bu şərəf professor Nərgiz Paşayevanın əməyinə və onun təşəbbüsü ilə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə verilən dəyərli qiymətin göstəricisidir. Protokola və ənənəyə uyğun olaraq Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilən şəxslər Komitənin digər üzvlərindən qızılı sapla bəzədilmiş xüsusi geyimi ilə seçilirlər. Bununla da həmin üzvlərin Oksfordun akademik sahələrinə uzunmüddətli və çoxsahəli töhvə vermələri Oksford Universiteti tərəfindən böyük ehtiramla qəbul və qeyd olunur.

Xeyriyyəçilər Komitəsinin ənənəvi illik toplantısı Oksford Universitetinin ən görkəmli və sadiq dostlarını bir araya gətirir. Tədbirdə komitəyə yeni üzvlərin qəbul edilməsi və bir sıra mühüm elmi-tədqiqat işlərinin təqdimatı keçirilir. Həmin gün ən nüfuzlu alimlərin, xeyriyyəçilərin və təşkilatların adları əvvəl bildirdiyimiz kimi, başqalarından seçilərək xatirə lövhəsində həkk edilir. Həmçinin aktual məsələlərlə əlaqədar tanınmış alimlərin təqdimatları dinlənilir, universitet rəhbərliyi ilə müzakirələr aparılır. Rəsmi mərasimdən sonra universitetin yeni tədqiqat mərkəzlərinin bir hissəsinə baxış da keçirilir.

Ənənəyə uyğun olaraq bu il tarixi Divinity School (İlahiyyat Fakültəsi) binasında xüsusi mərasim keçirilib. Dünya miqyaslı alim və ziyalılarla yanaşı, professor Nərgiz Paşayevaya Oksford Universitetinin tarixində xidməti olan alim kimi mantiya və qızılı ipli baş geyim dəsti təqdim edilib. Sonra Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvləri və digər mərasim iştirakçıları Oksford Universitetinin Kansleri Lord Patten Barneslə görüşüb, xatirə şəkilləri çəkdiriblər.

Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik toplantısı hələ XVI əsrdə Britaniya parlamentinin toplaşdığı məşhur Konvokeyşn binasında (Convocation House) keçirilib. Tədbirin əvvəlində komitəyə yeni üzvlərin qəbul edilməsi mərasimi baş tutub. Oksford Universitetinin ənənələrinə uyğun olaraq, komitənin yeni və mövcud üzvləri prosedura uyğun sıra ilə Vren Qapısı (Wren Door) və Kansler Komitəsindən keçərək İlahiyyat fakültəsindən Convocation binasına təntənəli surətdə daxil olublar. Sıranın başında mərasimin marşalı, mərasimin aparıcısı Kansler Lord Patten Barnesin, daha sonra baş proktor, kiçik proktor, vitse-kansler, iclas iştirakçısı, proktorların katibi, ardınca mövcud Komitə üzvləri: Dr Chung Hon Dak, Mr Peter Levine, Dr Kotaro On, Sir Howard Stringer, Dr Robert Easton, professor Raymond Dwek, Lady Marina Marks, Dame Theresa Sackler, Mr Bernard Taylor, professor Chas Bountra qədim mərasim zalına daxil olublar.

Mərasimin ardıcıllığına görə Kanslerin Xeyriyyəçilər Komitəsinin mövcud üzvlərinin ardınca professor Nərgiz Paşayeva ilə yanaşı, digər yeni üzvlər təltif olunma və yüksək kürsü zalına daxil olublar. Onların arasında Əlahəzrət Sultan Nazrin Muizuddin Şah, Sir Peter Luff, Sir Martin Smith və Ledi Smith var. Qeyd edək ki, bu il yalnız üç adın təqdim olunan siyahıdan Klarendon Arkasında əbədi olaraq yazılması Oksford Universitetinin Ali Şurası tərəfindən təsdiq edilib, bunlardan biri də professor Nərgiz Paşayevanın Qəyyumlar Şurasına sədrlik etdiyi Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondudur.

Universitetin ali yığıncağının təntənəli proseduru zamanı mərasimin protokoluna uyğun olaraq ictimai oratoru yüksək tribunadan qeyd edib ki, Kanslerin Xeyriyyəçilər Komitəsində Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu professor Nərgiz Paşayeva tərəfindən təmsil olunur. Xüsusi orator aşağıdakı sözləri ali yığıncağa bəyan edərək deyib: “Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun dəstəyi ilə Azərbaycanın, Qafqazın və Orta Asiyanın tarixi, dilləri və mədəniyyətlərinin öyrənilməsi üçün Oksfordda Mərkəz açıldı.

Fondun dəstəyi sayəsində üç fəlsəfə doktoru (DPhil) təqaüdünün ayrılması imkanı yaranacaq, eləcə də tədqiqatçı alimlərə, müxtəlif tədbirlərin proqramlarına, həmçinin idarəetmə məsələlərinə dəstək veriləcək. Fond, həmçinin Orta Şərq və İslam Kolleksiyaları üzrə kitabxanaçı vəzifəsi və Oksford Universitetinin Türk Dilləri Bölməsində Azərbaycanın rəsmi dili olan Azərbaycan dili ilə tanış olmaq və dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin yaradılmasına dəstək verib.

Britaniya Fondunun dəstəyi Bodleyn kitabxanasına tələbə və tədqiqatçılar üçün oxu otağı açılması ilə yanaşı, bölgənin nadir və əhəmiyyətli materialları ilə öz kitab fondlarını artırmağa imkan verəcək. 12-ci əsrin şairi Nizaminin adını daşıyan Mərkəzin yaradılması 2013-cü ildə başlamış Nizami Gəncəvi Proqramının 5 illik uğurlu tədqiqat fəaliyyətinin nəticəsidir.

Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu Azərbaycana və geniş Qafqaz regionuna aid təhsil və mədəni layihələri dəstəkləmək üçün yaradılıb. Fondu Kanslerin Xeyriyyəçilər Komitəsində Fondun Qəyyumlar Şurasının sədri professor Nərgiz Paşayeva təmsil edir. Nizami Gəncəvi Mərkəzinin yaradılmasının təşəbbüskarı olan professor Nərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru və MDU-nun fəxri professorudur”.

Bundan sonra Oksford Universitetinin Kansleri Lord Patten Barnes böyük toplantıya professor Nərgiz Paşayevanın universitetin yaxın dostu və mötəbər akademik tərəfdaşı kimi tanındığını bildirib və Kanslerin Xeyriyyəçilər Komitəsinə daimi üzv kimi qəbul etdildiyini bəyan edib: “Siz indi mənə universitetin mötəbər dostu və tərəfdaşı kimi təqdim edildiniz. Sizi Fəxri üzv kimi Xeyriyyəçilər Komitəmə qəbul edirəm və Sizin bu alicənablığınızı sevinclə qəbul edərək Klarendon Arkasının altındakı tabloda adınızın yazılmasını bəyan edirik”. Bu sözləri 2018-ci ilin oktyabrın 11-də dünyanın birinci universitetinin ən yüksək tribunasından Oksford Universitetinin Kansleri Lord Patten Barnes deyib. Bundan sonra Lord Patten Barnes professor Nərgiz Paşayevaya bu sözləri təsdiq edən özünün imzaladığı ənənəvi qədim dildə yazılmış rəsmi sənədləri xüsusi bağlamalarda təqdim etdi.

Daha sonra Komitəyə yeni üzv seçilən digər şəxslərin də təqdimatı keçirilib. Qeyd edək ki, Kanslerin Xeyriyyəçilər Komitəsinin yeni üzvləri arasında dünya miqyasında tanınmış ictimai xadimlər və ziyalılar var. Yeni üzvlərdən Sultan Nazrin Muizuddin Şah 2014-cü ildən Malayziya Sultanlığı Perak Sultanı və Malayziya Ali Qubernatorunun müavinidir. O, təhsilini Oksford Universitetində alıb, Harvard Universitetinin iqtisadiyyat fakültəsinin magistratura və doktoranturasını bitirib. Cənub-Şərqi və Şimal-Şərqi Asiyada iqtisadi və siyasi inkişafa dair bir çox elmi məqalələrin və kitabların müəllifidir. Malayziya Universitetinin Kansleri, Malayziya Universitetinin Elmi Şurasının sədri və Malayziyanın Müasir Dillər Assosiasiyasının rəhbəridir.

Bu il Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə seçilən Sir Peter Luff isə 2015-ci ildən Böyük Britaniya Milli İrs Memorial Fondu və Miras Lotereya Fondunun sədridir. O, həmçinin Böyük Britaniyanın aviasiya sistemləri, milli təhlükəsizlik, rabitə və elektron sistemləri üzrə baş məsləhətçisidir. Sir Peter Luff 23 il müddətində Vorçesterdən seçilən parlament üzvü kimi fəaliyyət göstərib. O, həmçinin Britaniyanın avadanlıq və texnologiya üzrə müdafiə naziri olub. Britaniyanın İctimaiyyətlə Əlaqələr İnstitutunun fəxri üzvüdür. Kral İncəsənət Cəmiyyətinin üzvü olan Sir Peter Luff 2014-cü ildə ictimai siyasi xidmətinə görə cəngavər tituluna layiq görülüb. Bir daha qeyd edək ki, yalnız Əlahəzrət Sultan Nazrin Muizuddin Şah, Sir Peter Luff və professor Nərgiz Paşayevanın Qəyyumlar Şurasına sədrlik etdiyi Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adları Klarendon Arkasında əbədi olaraq həkk edilib.

Komitənin yeni üzvləri sırasında Ser Martin və Lady Elise Smith ailəsi də var. Sir Martin Smith 1964-cü ildə Oksford Universitetində fizika sahəsində təhsil alıb, sonra sənaye ixtisası üzrə Kaliforniyada Stanford Universitetini bitirib. O, “Phoenix Securities” şirkətinin təsisçisi və baş tərəfdaşı, Avropa İnvestisiya Bankının sədri, həmçinin səhiyyə xidmətləri göstərən “Worldwide Healthcare Trust” şirkətinin sədri və "Oxford Capital Partners" təşkilatının direktoru olub. O, həyat yoldaşı ilə birgə Oksford Universitetində "Smith School Enterprise and Environment" məktəbini yaradıb. Sir Martin Smith 2013-cü ildə sənət, təhsil və elm sahələrində xidmətlərinə görə Şöhrət rütbəsi alıb.

Beləliklə, yeni təsdiq edilmiş üzvlərin ardınca digər qəbul edilmiş üzvlər də zala daxil oldular. Onların arasında Mr Mohamed Amersi, Mrs Emma Marcegaglia, Mr Duncan Greenland və Mrs Barbara Greenland, Lord Livingston of Parkhead, Mr Bruns Grayson, Mr David Norwood və digərləri var idi.

Təntənəli mərasim başa çatdıqdan sonra illik toplantının növbəti mərhələsi - Klarendon arkasında Xatirə Lövhəsinin təqdimatı keçirildi. Bu mərasim Oksfordun məhşur tarixi əhəmiyyətli binalarından sayılan Klarendonda (www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) baş tutdu.

Mərasim təntənəli sürətdə eyni sıralamada məşhur tarixi Konvocation zalına, Kansler Komitəsindən İlahiyyat fakültəsinin (Divinity School) (www.theology.ox.ac.uk) binası istiqamətində təntənəli yürüşlə başa çatıb.

Fasilədən sonra illik toplantı “Oksfordun Dəyişən Dünyaya Münasibəti” mövzusunda sessiya ilə davam edib. Sessiyada açılış nitqi ilə çıxış edən Oksford Universitetinin kansleri Lord Patten Barnes komitə üzvlərini Universitetin gələcəyi ilə bağlı geniş müzakirələrdə iştirak etməyə, qlobal narahatlıq doğuran sahələrə dair fikirlərini bölüşməyə çağırıb. O, Oksfordun dünyanın ümumi rifahı naminə öyrətmə və maarifləndirmə kimi tarixi missiyasını davam etdirməyinə kömək edən hər bir kəsə minnətdarlığını ifadə edib. Kanslerin açılış nitqi və vitse-kanslerin müraciətindən sonra universitetin qarşısında duran ən vacib məsələlər haqqında müzakirələr aparılıb. Vitse-kansler professor Louise Richardson Oksforddakı yeniliklər haqqında məlumat verib. Yekunda Kansler və vitse-kansler iştirakçıların suallarını cavablandırıblar.

İllik toplantı çərçivəsində Blavatnik İdarəçilik Fakültəsi və Beecroft binasında müxtəlif mövzularda təqdimatlar keçirilib. “İpək Yolları” bestsellerinin müəllifi, professor Peter Frankopan “Gələcəyin tarixi” mövzusunda təqdimatla çıxış edib. O, keçmişə baxışların dəyişdiyi və bunun XXI əsrdə vacibliyi haqda danışıb.

“Tuberkulyoz və yaxud qeyri-tuberkulyoz: cavab axtarışında” mövzusunda çıxış edən professor Helen McShane vərəmin hələ fironların vaxtında yaranması, ancaq indi daha çox yoxsulluq xəstəliyi kimi tanınması və yayılan bu patogeni aradan qaldırmağın yolları haqqında müzakirə açıb.

Toplantıda maraqla qarşılanan təqdimatlardan biri də “Young Lives” araşdırma proqramının direktoru, professor Jo Boydenin “Qlobal məqsədlər dünyanın ən kasıb uşaqlarına xidmət edirmi?” mövzusundakı araşdırması oldu. Bu proqram çərçivəsində 12 min uşaq arasında uzunmüddətli tədqiqat aparılıb. Nəticədə uşaqlar arasında yoxsulluq və gender bərabərsizliyini aradan qaldırmaq, bütün uşaqların keyfiyyətli təhsillə təmin edilməsi naminə beynəlxalq səylərin nailiyyətləri və uğursuzluqları təqdim olunub.

“Beecroft binasının pərdə arxası” adlı təqdimatda isə professor İan Shipsey və professor John Wheater Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlərini Oksfordun innovativ Beecroft binasına özəl tura dəvət ediblər. Onlar Oksford Universitetinin fizika sahəsində qabaqcıl tədqiqatları ilə bağlı məlumat veriblər, kosmosdan başlayaraq, Yer kürəsinin iqlimi ilə əlaqədar vacib sualları cavablandırıblar. Qonaqlar, həmçinin Oksfordda dünyanın ən qiymətli əlyazmalarının necə qorunduğunu görmək üçün Veston Kitabxanasındakı Konservasiya Mərkəzinə baxış keçiriblər.

Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik mərasimi Oksford Universitetinin Rodes House binasının Milner Holl zalında (http://conference-oxford.com/venues/conference/rhodes-house) Kanslerin qəbulu və təntənəli Qala şam yeməyi ilə yekunlaşıb. Qala şam yeməyində universitetin Kansleri Lord Patten, vitse-kansleri professor Luiz Riçardson, Oksford universitetinin məhşur nüfuzlu alimləri, ali qonaqlar, dünyanın tanınmış ictimai xadimlər və ziyalılar, eləcə də Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Britaniya tərəfindən rəhbəri professor Edmund Herziq və həmin Mərkəzin Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz Paşayeva, Britaniya parlamentinin Lordlar Palarasının üzvü və Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü Lord Malkolm Bryus, Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvləri iştirak ediblər.

Britaniya kimi qədim tarixi ənənəsi olan ölkədə və eləcə də qlobal elmi səviyyədə mühüm rol oynayan mötəbər elm ocağı kimi tanınan Oksford Universitetində 2013-cü ilədək, yəni Oksford Universitetinin Nizami Gəncəvi Elmi mərkəzi yaranana qədər Qafqazın qədim tarixi və mədəniyyəti çox hallarda birtərəfli əsasən erməni tarixi və bir qədər də gürcü tarixi baxımından öyrənilib. Hələ 1965-ci ildə Oksvord Universitetinin Şərqşünaslıq fakültəsində erməni elmi mərkəzi yaradılıb və bu günə kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, bunun müqabilində, yəni 2013-cü ilədək bir dövr ərzində bunula bağlı heç bir iş görülməyib. Halbuki, tarixi həqiqətləri elmi əsaslar və sübutlar üzərində qurub təqdim edən Britaniya cəmiyyətində əvvəlcə məhz fundamental elmi ocaqlarla müştərək professional elmi əlaqələr birinci dərəcəli əhəmiyyətə malikdir. Bu gün Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi Azərbaycan kontekstini İngiltərənin və onun cəmiyyətinin qaydalarına uyğun olaraq layiqli səviyyədə Britaniyada təqdim və təmsil edir. Şübhəsiz ki, bu, ölkəmizin tək beynəlxalq akademik aləmdə deyil, ümumiyyətlə sivil və qabaqcıl dünyada imicinə və adına şərəf və dəyər gətirən və intellektual nəsillərin dünya elm məbədi sayılan Oksford Universitetindən bəhrələnməsinə imkanlar yaradan böyük hadisədir.

Xatırladaq ki, professor Nərgiz Paşayevanın təşəbbüsü və şəxsi səyi ilə yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlayıb. Bu il mayın 23-də Elmi Mərkəzin universitetin tərkibində daimi mövcudluğu haqqında müqavilə imzalanıb. İmzalanma mərasimi Oksford Universitetinin protokoluna əsasən bu ali təhsil ocağının XVII əsrdə yaradılmış Klarendon Kollecində keçirilmişdi.

Elm və təhsil sahəsində əsrin kontraktı adlandırılan bu müqaviləni Oksford Universiteti tərəfindən ali məktəbin vitse-kansleri, professor Luiz Riçardson və Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva imzalayıblar. Müqaviləyə əsasən, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, universitetin ayrılmaz bir hissəsi kimi daimi fəaliyyət göstərir. İmzalanmış müqavilənin bəndlərindən birində Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi də qeyd olunub. Klarendon binasının Arkasında Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının həkk edilməsi bu möhtəşəm başlanğıcın uğurlu davamı kimi qiymətləndirilib. Böyük Britaniyanın görkəmli elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Oksford tarixində ən tanınmış adlarla birlikdə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının Oksford Universitetinin Klarendon arkasına yazılması və ilk dəfə azərbaycanlı alimin, professor Nərgiz Paşayevanın Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilməsi Azərbaycan üçün tarixi bir gün olaraq yaddaşlarda qalacaq. Bu böyük və şərəfli hadisə gələcəyə ümidli baxışları, yeni nəslin istedadlarını, yeni böyük imkanları, əlaqələri, ümumbəşəri dəyərlərin üstünlüyünü, təntənəsini daim təzahür edəcək. Belə ali lövhədə Azərbaycanın imzası oldu və gələcək nəsillərə qaldı.

Eləcə də, qəlbində Azərbaycan sevgisi və milli ehtirası olan hər bir kəsin əsrlərlə qürur duyacağı bir tarixə çevrildi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ