Rusiya dövlətinin başçısı Vladimir Putin Suriyada terrora qarşı aparılan mücadilədə əməyi keçən ölkələrin adını çəkib.
Baki-xeber.com-un xəbərinə görə, Çinin Şanxay şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı zirvəsində çıxış edən Putin Rusiya, İran, Türkiyə və Qazaxıstanın Suriyada aparılan antiterror əməliyyatına verdiyi töhfələrdən danışıb. Eyni zamanda o, Suriya prezidenti Bəşər Əsədin də yanvar ayında Soçidə baş tutan beynəlxalq konqresin bütün konvensiyalarına əməl etdiyini deyib.
Putin Əsədin Suriyada yeni bir konstitusuya hazırlanması üçün komitəyə təklif göndərdiyini də bildirib.