Tiflisdə polis ötən ilin dekabrında qətlə yetirilən yeniyetmənin atası Zaza Saralidzeni dəstəkləyən 3 nəfəri gözaltına alıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli mətbuat yazır. Xəbərə görə, polis parlament binası qarşısında etiraz edənlərin əlbəyaxa davaya başlamasının ardından onları saxlayıb. Davanın səbəbi bəlli deyil.
Gürcüstan DİN hələlik həbslərə münasibət bildirməyib. Əvəzində açıqlama yayaraq, polis olmayan, lakin onun mundirindən saxtakarlıqla istifadə edərək həbslər həyata keçirənlərin ciddi cəzalandırılacağını bəyan edib.