Pakistanda naməlum şəxslər Pişəvər şəhəri yaxınlığında xristian icmasına hücum edib.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə ölkənin ordu generalı Asim Bağva açıqlama verib. O deyib ki, təhlükəsizlik qüvvələri dərhal olaya müdaxilə edib və hücum edən 7 nəfərin hamısı məhv edilib.
Xəbərdə o da bildirilir ki, hücum nəticəsində azı bir nəfər dinc sakin həlak olub. Hazırda hücumun arxasında kimlərin dayandığı araşdırılır.