İslam Kərimovun doğulduğu torpaqda – Səmərqənddə dəfninə hazırlıq görülür.
Baki-xeber.com bu barədə “ferqana.ru” saytından xəbər əldə edib. Xəbərdə deyilir ki, İslam Kərimov tarixi Şahi-Zində memarlıq abidəsinə bitişik Səmərqənd qəbiristanlığında anası və qardaşları ilə bir sırada torpağa tapşırılacaq.
Lakin hazırlıqlar getsə də, prezidentin ölümü rəsmən elan olunmayıb. Portal onu da xəbər verir ki, artıq 78 yaşlı mərhumun nəşi xüsusi təyyarə ilə Daşkənddən Səmərqəndə yola salınıb.
Sayt onu da bildirir ki, sentyabrın 2-3-də matəm tədbirlərinə MDB məkanının bir çox ölkə rəhbərlərinin gəlişi gözlənir.