Özbəkistan Nazirlər Kabineti prezident İslam Kərimovun vəziyyətinin ağırlaşması barədə xəbər yayıb.
Baki-xeber.com gazeta.ru-ya istinadən bildirir ki, bəyanatda, həmçinin, onun bir neçə gün öncə insult keçirdiyi də təsdiq olunur.
Xatırladaq ki, 78 yaşlı Özbəkistan prezidenti İslam Kərimovun insult keçirməsi və onun xəstəxanaya qaldırılması ilə bağlı yerli “ferqana.ru” saytı xəbər yaymışdı. Avqustun 30-da isə sözügedən sayt prezidentin ölüm xəbərini yaydı. Lakin, saytın israrla xəbərin doğru olduğunu bildirməsinə baxmayaraq, xəbər rəsmi təsdiqini tapmadı.