Qırğızıstanın paytaxtı Bişkekdə Torpaq Məcəlləsinə edilən dəyişikliklərə etiraz olaraq mitinq başlayıb.
Baki-xeber.com gazeta.ru-ya istinadən bu barədə xəbər verir. Xəbərdə deyilir ki, sözügedən qanuna dəyişikliklər ictimai ehtiyaclar üçün şəxsi əmlakın dövlətləşdirilməsini nəzərdə tutur ki, bu da əhalinin etirazına səbəb olub. Parlamentin binası önünə toplaşan 300-dən artıq vətəndaş deputatların küçəyə çıxmasını və onların etirazlarını dinləməsini – qanun layihəsini geri çağırmasını tələb edir.
Hələlik parlamentdən onların çağırışına cavab verən olmayıb.