Bu gün “Mətanət A” şirkəti əhəng istehsalı ilə bağlı daha bir layihəsini təqdim edib.
Baki-xeber.com-a şirkətdən verilən məlumata görə, ildə 50 min ton əhəng istehsal edəcək zavod Qasax rayonunda inşa olunacaq. İnvestisiya dəyəri 15 milyon manat təşkil edən layihəni İsveçrənin “Maerz” şirkəti reallaşdıracaq.
Xəbərə görə, zavod işinə start verilən gündən 7 il sonra gəlir gətirməyə başlayacaq.
Qeyd edək ki, bu layihə həm də regionlarda iş yerlərinin açılmasına və Bakının yüklənməsinin qismən azaldılmasına da öz töhfəsini verəcək.